22 Oktyabr 2020 22:54
516
SİYASƏT
A- A+

Vladimir Putin: Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz


Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday” klubunun iclasında bildirib.

"Biz bir çox illər ərzində vəziyyəti uzun tarixi perspektiv üçün sabitləşdirmək məqsədilə bu böhranın həlli üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu, gərgin iş idi. Hansısa məqamlarda elə gəlirdi ki, daha bir az, daha bir addım və biz həll yolunu tapacağıq. Təəssüf ki, bu, baş vermədi və bu gün biz ən pis formada olan bir qarşıdurma ilə üz-üzəyik. Faciə də ondan ibarətdir ki, insanlar həlak olur”, - deyə Prezident qeyd edib.

Putin bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri növbəti dəfə Moskvaya gəlmişdilər. Ayın 23-də onlar Vaşinqtonda görüşürlər. "Mən çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə fəaliyyət göstərəcək, nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək”, - deyə o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Qarabağdakı vəziyyət üçün xüsusi məsuliyyət hiss edir, münaqişənin hər iki tərəfi üçün məqbul kompromislər tapmaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video