22 Oktyabr 2020 22:53
441
SİYASƏT
A- A+

Türkiyənin həmrəylik nümayişi torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ordusuna çox böyük mənəvi dəstəkdir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) sədri, professor Aygün Attar və azərbaycanlı yazıçı-publisist Sevil Nuriyevanı qəbul edib.

TADƏHF-dən AZƏRTAC-a verilən məlumata görə, İstanbulun Vəhdəttin sarayında baş tutan görüş zamanı Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Rəcəb Tayyib Ərdoğan Türkiyənin yalnız bu gün və ölkə daxilində deyil, hər zaman və bütün platformalarda Azərbaycanın ərazi bütünlüyünü dəstəklədiyini vurğulayıb. Türkiyənin işğalçı Ermənistana qarşı apardığı siyasətin ən bariz nümunəsinin bu ölkə ilə sərhədlərini bağlı saxlaması olduğunu xatırladan Prezident Ərdoğan işğala son qoyulmasını və beynəlxalq hüququn tətbiqini daim tələb etdiklərini xatırladıb.

Qəbul üçün minnətdarlığını bildirən professor Aygün Attar Türkiyənin qətiyyətli mövqeyinin və Azərbaycanla güclü həmrəylik nümayişinin cəbhədə torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ordusuna çox böyük mənəvi dəstək olduğunu ifadə edib. Professor Türkiyənin demək olar ki, hər şəhərində dövlət binaları, QHT-lər, idman klubları, sənət aləmi kimi bir çox qurum və təşkilatların nümayəndələrinin ürəyinin Azərbaycanla birgə döyündüyünü, bunun əvəzində isə Azərbaycanda evlər, iş yerləri, küçə və prospektlərin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədildiyini qeyd edib.

Türkiyə tərəfindən göstərilən qardaş dəstəyinin Azərbaycan əsgərində ruh yüksəkliyi yaratdığını bildirən Sevil Nuriyeva ölkəmiz üçün bu tarixi məqamda Türkiyə-Azərbaycan media platformasının ortaq fəaliyyətinin yüksək qiymətləndirildiyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video