22 Oktyabr 2020 22:45
537
SİYASƏT
A- A+

Vaşinqtonda Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib


Oktyabrın 20-21-də Amerika Dövlətləri Təşkilatının (ADT) virtual formatda keçirilmiş Baş Assambleyasının 50-ci Sessiyasında Azərbaycan Respublikası da təşkilatın daimi müşahidəçisi qismində təmsil olunub. Təəssüflə qeyd etmək lazımdır ki, ənənəvi ermənipərəst mövqeyini davam etdirən ADT-nin baş katibi Luis Almaqro əvvəlki illərdə olduğu kimi, yenə də Baş Assambleyadan əvvəl nə ADT-nin, nə də təşkilata üzv ölkələrin rəsmi mövqelərini əks etdirməyən kəskin ermənipərəst bəyanatlarla çıxış edib. Bununla bağlı ADT-nin bir sıra üzv ölkələri L.Almaqronun mövqeyinin beynəlxalq hüquqa və ölkələrin mövqelərinə zidd olduğunu bildirib, onun Cənubi Amerikada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olduğunu etiraf edib.

AZƏRTAC xəbər verir ki, Baş Assambleyada çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov ADT-nin baş katibinin təxribatçı bəyanatına sərt cavab verərək, tədbir iştirakçılarına sentyabrın 27-dən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz barədə ətraflı məlumatı çatdırıb, ölkəmizin cəbhə bölgəsindən xeyli uzaqda yerləşən, əhalinin sıx məskunlaşdığı yerlərdə yaşayış binalarının və mülki obyektlərin raket və ağır artilleriya hücumlarına tutulması nəticəsində günahsız insanların həlak olduğunu qeyd edib. Hazırda Azərbaycan Ordusunun bu təcavüzə qarşı cavab tədbirləri görmək məcburiyyətində qaldığı və Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum tədbirlərini davam etdirdiyi bildirilib. Döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində getdiyi vurğulanıb, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnamələri xatırlanıb.

O.Zeynalov çıxışında qurumun baş katibinin erməni diasporunun təsiri ilə təşkilat adından verdiyi təxribatçı bəyanat və səfirliyə ünvanlandığı məktubun ADT üzvü olmayan Azərbaycana qarşı açıq təcavüz olduğu, təşkilatın Nizamnaməsinin müvafiq fəslində təsbit edildiyi kimi, beynəlxalq hüququn prinsiplərinin – suverenlik və müstəqillik prinsiplərinin kobud şəkildə pozulduğu, məktubda əks olunmuş sübutsuz yalanların ADT-nin üzv ölkələrinin mövqeləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Şərq Yarımkürəsində baş verən hadisəyə münasibət bildirməklə ADT-nin Ümumi Katibliyinin öz mandatını və səlahiyyətlərini aşmasından ciddi narahatlıq ifadə olunub. Bundan əlavə, ADT-nin 35 üzv dövlətinə və 72 daimi müşahidəçisinə qurumun baş katibinin beynəlxalq hüquq və normalara zidd olan bu təxribatçı bəyanatının pislənməsi çağırışı edilib.

İclasda çıxış edən qardaş Türkiyə Respublikasının ABŞ-dakı səfirinin müavini Sinan Ertay Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal etdiyini, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirib. Hazırda təcavüzkar Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında yaratmaq istədiyi yazıq, əzilmiş xalq obrazının tam yalan olduğu, əsl qurbanın torpaqları işğal edilmiş Azərbaycan olduğunu vurğulayıb. Diplomat Türkiyənin Azərbaycana bundan sonra da mənəvi və siyasi dəstəyini davam etdirəcəyini deyib, Ermənistanı işğala son qoymağa çağırıb. S.Ertay ADT-nin baş katibinin heç bir beynəlxalq norma və prinsiplərə, beynəlxalq təşkilatların davranış etikasına sığmayan təxribatçı bəyanatını kəskin qınayıb.

Sonra Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi "obyektiv” mövqeyə görə ADT-nin baş katibi L.Almaqroya xüsusi təşəkkür bildirməsi ilə, əslində, sonuncunun erməni lobbisi ilə sıx əlaqələrini bir daha üzə çıxarıb.

Xatırladaq ki, Uruqvayın sabiq Xarici İşlər naziri L.Almaqro erməni lobbisinin təsiri altında 2011-ci ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış qondarma quruma qanunsuz səfər edib. Əlavə etmək lazımdır ki, Baş Assambleyada Meksika tərəfi Boliviyada dövlət çevrilişinə təhrik edən hesabatı təbliğ etdiyi üçün L.Almaqronun baş katib vəzifəsindən getməsini tələb edib. Ötən həftə Boliviya tərəfi ölkədə keçirilmiş seçkilərə və ölkənin suverenliyinə müdaxilə ittihamı ilə L.Almaqro barədə BMT-nin İnsan haqları üzrə ali komissarına şikayət ünvanlayıb. Argentina Xarici İşlər Nazirliyi isə baş katibi Venesueladakı böhranında tutduğu mövqeyə görə kəskin tənqid edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video