Alternative content

03:06 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:23 25.11.2020 BİLDİRİŞ
00:23 25.11.2020 BİLDİRİŞ
00:22 25.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xurmanın qidalılıq dəyəri
Xurmanın qidalılıq dəyəri
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:50 22.10.2020

Xurmanın aşağı kalorili və sellülozla zəngin olması çəkini nəzarətdə saxlamaq üçün çox əlverişlidir. A və S vitaminləri də daxil olmaqla antioksidantların və qidaların bir-biri ilə uyğunlaşması onları sağlam qidalanma üçün ideal edir.

Adətən xurma sentyabrdan dekabra qədər olan mövsümdə həm şirin, həm də duzlu yeməklərlə yaxşı uyğunlaşır. Xurma, həmçinin də eyni gündəlik meyvələrdən, almalardan, portağallardan və ya bananlardan "yorulan” insanlar üçün alternativ qida məhsuludur.

Xurmanın hətta kiçik bir hissəsi də güclü vitamin və mineral qarışığı ilə zəngindir. Belə ki, bir xurmanın tərkibi 6 qram sellülozdan və gündəlik tövsiyə olunan 55 faizlik A vitaminindən ibarətdir.

Xurmaların rəngarəng görünüşü onların tərkibində ürək xəstəliyi riskini azaldan beta-karotinin, karotinoid antioksidantının olduğunu göstərir. Onların tərkibində, həmçinin ürəyin sağlamlığını və qan təzyiqini yaxşılaşdıran, iltihabı və "pis” LDL xolesterinini azaldan flavonoid antioksidantları var.

Qeyd edək ki, təkcə bir meyvənin tərkibində tövsiyə olunan S vitamininin sutkalıq norması var. Sübut olunub ki, antioksidan xüsusiyyətlərə malik S vitamini iltihabı azaltmaqla yanaşı, digər üstünlüklərə də malikdir.

Pensilvaniya Dövlət Universitetinin professoru Penni Kris Etertonun sözlərinə görə, xurmanın qidalılıq xüsusiyyətlərindən maksimum dərəcədə istifadə etmək üçün onu digər faydalı məhsullarla uyğunlaşdırmaq lazımdır.

"Biz bilirik ki, meyvə və tərəvəzlərin hazırlanması inqrediyentləri bioloji cəhətdən zənginləşdirir. Onların digər məhsullarla birgə qəbulu qidanın mənimsənilməsini yaxşılaşdırır”, - deyə professor vurğulayıb.

Xurma yetişmə dərəcəsindən asılı olaraq yoğurt və ya yulafla yaxşı qarışır. Dondurulmuş xurmanın smuziyə - yaxşı olar ki, bir ovuc qaragilə ilə qatılması reseptinizə qida dəyəri əlavə edir və sizə meyvələrdən həzz alma imkanı verir.

Xurmanın avokado salatına qatılması bitki mənşəli yağhəlledici qida məhsulu olan karotinoidlərin mənimsənilməsini asanlaşdırır. Qeyd edək ki, hüceyrələri zədələnmədən qoruyan bu qida məhsulları sağlam olmaq üçün səmərəli vasitədir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM