Alternative content

23:29 28 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Biz qisasımızı döyüş meydanında alırıq!
Biz qisasımızı döyüş meydanında alırıq!
ANA SƏHİFƏ / SİYASƏT
01:32 18.10.2020


Ermənistan Gəncədə növbəti qəddar müharibə cinayəti törətdi


Əslində düz 30 il idi ki, biz hər səhərimizi cəbhədən bəd xəbərlərlə açmağa öyrəşmişdik. Bu qanlı sabahlarda çox acılar, faciələr bir-birini əvəz etmişdi. Erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qan donduran əməllər dayanmaq, durmaq bilməmişdi.

Biz bəşər tarixində bənzərinə rast gəlinməyən Xocalı soyqırımı kimi tüklər ürpədən bir faciə ilə üz-üzə qalmışdıq. Doğma yurdlarımızdan qovularaq Qarabağa həsrət qalan bir milyondan çox qaçqına, köçkünə çevrilmişdik. Amma haqsızlıq görsək də, zülmlə qarşılaşsaq da, heç bir zaman insanpərvərliyimizdən əl çəkməmiş, qan tökülməsinə razı olmamışıq. Biz hər zaman sülhə tərəfdar çıxmışdıq...

Çifayda...

Qarşımızdakı düşmən genetikasında qəddarlıq, qaniçənlik, xainlik, namərdlik kimi naqis hisslərin kodlaşdırıldığı erməni idi...

Hünər meydanında, açıq döyüşlərdə hər zaman qorxaraq qaçan, Azərbaycan əsgərinin adı gələndə zağ-zağ əsən riyakar, hiyləgər, xain erməni gücünü yalnız silahsız, müdafiəsiz insanlar üzərində sınamağı üstün tutub. Gizləndikləri məkr yuvalarından gündüz çıxmağa cəsarətləri çatmadığı üçün, həmişə xain pusqunu gecələr qurublar, günahsız insanlara yatdıqları yerdə namərd hücumlar ediblər.

Elə 27 sentyabrdan etibarən də onların bu şərəfsiz və namərd hücumlarının şahidi olmuşuq.


Mənfur ermənilər tezliklə ədalət divanı qarşısında cavab verməli olacaq


Artıq iyirmi gündən çoxdur ki, dövlət siyasəti faşist ideologiyasına köklənmiş Ermənistan hər gün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törədir.

Özlərinin yalvarışları sayəsində Moskvada razılaşdırılıb elan edilmiş humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı bölmələri gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutur. Burada onu da vurğulayaq ki, erməni siyasi qüvvələri razılaşdırmanın prinsiplərinə həm də ona görə əməl etmək istəmirlər ki, meyitlərin yığışdırılmasını həyata keçirərlərsə, bu zaman real itkilərini gizlədə bilməyəcəklər və feyk xəbərlərlə birtəhər başını qatdıqları sadə erməni xalqına cavab verməli olacaqlar. Amma unudurlar ki, tezliklə onsuz da Azərbaycan Ordusu bu qaniçən quldurları həm beynəlxalq qanunlar, həm Azərbaycan, həm də erməni xalqı qarşısında ədalət divanına çəkərək törətdikləri vəhşi əməllərin hesabını verməyə məcbur edəcək.


Qəddar düşmən əzici məğlubiyyətinin hikkəsini məsum uşaqlardan çıxarmaq istəyir


Haqq qarşısında cavab verəcəyini çox gözəl anlayan və axırlarının yaxınlaşdığını hiss edən erməni mənfurlarının son cəhd kimi azğın hərəkətlər etməsi və dinc əhalini hədəf alması xislətlərinə xas davranışdır. Elə buna görədir ki, Azərbaycan əsgəri düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda, erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutur, nəticədə içərisində azyaşlıların da olduğu mülki şəxslər yaralanır, həlak olur, evlər və sosial obyektlər dağıdılır.

Bəli, qəddar düşmən cəbhədəki əzici məğlubiyyətinin hikkəsini məsum uşaqlardan, qocalardan, əliyalın insanlardan çıxmaqla soyutmaq istəyir.

Humanitar atəşkəsdən cəmi bir gün sonra, oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri, 500 mindən çox əhalisi olan və cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Gəncəni bombardman etməsi də bu qəbildən olan qanlı əməllərinin davamı oldu. Erməni vandalları yenə günahsız insanlara qarşı soyqırımı törətdi.

Oktyabrın 15-də günorta saatlarında isə erməni faşistləri daha bir insanlıq suçu ilə dünya tarixinə adlarını qara hərflərlə həkk etdilər. Dəfn mərasimi zamanı məzarlığı atəşə tutaraq mülki şəxsləri öldürdülər.

Onların törətdikləri bu alçaq əməlləri isə dünyanın heç bir lüğətindəki sözlə ifadə etmək mümkün deyil. Görünür, dirilərin qanını içməkdən doymayan erməni caniləri məzarlıqları, ölüləri hədəf alaraq ürəklərini soyutmağa çalışırlar...


Qatil ermənilər Gəncədə daha bir terror törətdi


Dünən səhər isə Azərbaycan xalqı Gəncə şəhərində qatil ermənilərin daha bir terror hadisəsi törətməsi xəbəri ilə oyandı. Namərd düşmən yenə də gecə saatlarında mülki insanları hədəf almışdı. Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-si gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsini bombardman etməsi nəticəsində aralarında uşaqların da olduğu 13 nəfər həlak oldu,

45-dən artıq şəxs yaralandı. O cümlədən çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Cenevrə konvensiyalarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, Uşaq hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulduğu bu müharibə cinayəti erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu qanlı terror sırf mülki insanların həlak olmasına yönəlib, çünki raket atılan həmin ərazidə heç bir hərbi obyekt yoxdur.

Dəfələrlə vurğuladığımız kimi, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində uğurlu əməliyyatları, Qarabağı addım-addım erməni quldurlarından azad etməsi işğalçının azğınlaşmasına və quduzlaşaraq mülki əhaliyə hücum etməsinə səbəb olur. Düşmən kütbeyin ağlı ilə elə düşünür ki, bu namərd əməlləri ilə Azərbaycan xalqının əzmini, iradəsini sındıra biləcək.

Amma bu gün ordumuz parlaq zəfərlər qazanır, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ən şanlı günləri tarixin səhifələrinə qızıl hərflərlə yazılır. Bu müqəddəs haqq savaşında isə terrorçu erməninin atdığı raketlər də, bombalar da, güllələr də gücsüzdür, acizdir...

Əslində, erməni cəlladları bu 30 ildə olduğu kimi, növbəti səhərimizin də qara və bəd xəbərlərlə açılmasına hesablanmış namərd plan həyata keçirdi. Gəncəni bir daha vurmaqla ürəyimizə qorxu, vahimə salmağa uğursuz bir cəhd etdi...


Füzuli bizimdir, Qarabağ Azərbaycandır!


Amma dünən səhər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bir müjdəylə, Azərbaycan xalqının sevincdən göz yaşı tökdüyü, ürəyinin fərəhdən dağa döndüyü möhtəşəm bir qələbə xəbəri ilə açıldı. Ali Baş Komandan xalqa müraciətində bildirdi ki, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

Prezidentimiz bir daha bəyan etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik: "Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Bu, doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi”.

Bəli, Füzulinin işğaldan azad edilməsi faşist Ermənistanın Gəncədə törətdiyi qətliamın qisasının alındığının əyani sübutudur. Və bu qələbələrin davamı olacaq, bütün işğal olunan torpaqlarımızdan düşmən qovulacaq, zorla Azərbaycandan qoparılmaq istənilən Qarabağ azadlığına qovuşdurulacaq.

Azərbaycan xalqının səhərləri bəd, qara xəbərlərlə deyil, azadlıq, qələbə, sevinc müjdələri ilə açılacaq.

Azərbaycan əsgərinin şücaəti, Ali Baş Komandanın qətiyyətli siyasəti və xalqımızın həmrəyliyi bundan sonra gələcək bütün sabahlarımızın işıqlı, parlaq olacağının rəhnidir...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM