Alternative content

23:40 28 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənilərin Gəncə qətliamı səngimir
Ermənilərin Gəncə qətliamı səngimir
ANA SƏHİFƏ / SİYASƏT
01:25 18.10.2020


Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutmaqla dinc sakinləri qətlə yetirmişlər.

Oktyabrın 17-də gecə saatlarda radələrində şəhərin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsinin raket atəşinə tutulması nəticəsində ilkin məlumata görə, ikisi azyaşlı olmaqla 13 nəfər həlak olmuş, 40-dan çox insan yaralanmış, 20-dən artıq mülki obyektə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Gəncənin cəbhə xəttindən xeyli kənarda yerləşməsinə, şəhərdə heç bir strateji hərbi obyektin olmamasına baxmayaraq, Ermənistan hakimiyyəti növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq qədim mədəniyyət beşiyi olan Gəncəni raket atəşinə tutdu. Bu, bir daha Ermənistanın faşist rejiminin mahiyyətini açıb göstərir, Paşinyan rejiminin nə qədər qəddar olduğunu sübut edir.

Gecə saatlarında - dinc insanların evlərində yatdığı bir vaxtda məqsədyönlü şəkildə raket zərbələrinin endirilməsinə terrorizmdən savayı ad vermək mümkün deyil. Əhali arasında çaşqınlıq və qorxu yaratmaq məqsədi daşıyan və insanlğa sığmayan bu vandalizmə isə hələ də bəzi dünya ölkələri susurlar. Amma ermənilər başa düşməlidirlər ki, bu cinayətə Azərbaycan xalqı və Azərbaycan Ordusu susmayacaq. Gəncədə və digər yaşayış məntəqələrimizdə tökülən haqsız qanın qisası döyüş meydanlarında bundan sonra da qətiyyətlə alınacaq. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşməklə və Azərbaycan Ordusuna dəstək olmaqla işğalçıların son nəfərinədək Qarabağdan qovulacağı günü yaxınlaşdırır və onun bu əzmini hansısa terrorla, vəhşiliklə qırmaq mümkün deyil.

Prezident İlham Əliyevin baş verən hadisələrlə əlaqədar xalqa son müraciəti insanlardakı bu ruh yüksəkliyini daha da artırıb. Gəncəlilər Füzuli şəhərinin işğaldan azad olunmasını Gəncənin qisasının alınması kimi qəbul edir və dəyərləndirirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM