18 Oktyabr 2020 01:22
572
SİYASƏT
A- A+

Düşmən kəndimizin məzarlığını da hədəfə alır


Bu gün Tərtər Qarabağ uğrunda savaşın odlu nöqtəsidir. Düşmənin artilleriya atəşlərinə, raket zərbələrinə daha çox məruz qalan isə bizim Borsunlu kəndidir. Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər evlərimizi, sosial obyektləri dağıdıb yerlə-yeksan etmişdir. Mülki əhali arasında həlak olan və yaralananlar da vardır.

Əlbəttə, müharibədir. Müharibədə ölüm-itim, dağıntı başadüşüləndir. Amma bizim faşist xislətli düşmənlərimizin davası heç bir müharibə qanunlarına sığmayan əsl barbarlıqdır. Düşmənin evləri, məktəb və xəstəxananı atəşə tutmaqla ürəyi soyumur. Kənd məzarlığını atəşə tutan xainlər ata-babalarımızın, doğmalarımızın qəbirlərini dağıtmaqdan da çəkinmirlər. Ancaq unudurlar ki, onlar bu əməlləri ilə özlərinə qarşı nifrəti daha da artırır, ürəyimizdəki intiqam hissini daha da alovlandırırlar.

Cəbhədən aldığımız qələbə soraqlı xəbərlər isə bizə əzm verir. İnanırıq ki, qəhrəman Azərbaycan əsgəri tezliklə düşmən üzərində tam və qəti qələbə qazanacaq, erməni faşistlərini Qarabağdan birdəfəlik qovub çıxaracaq. Biz elə bu yenilməz inamla da kəndimizdə təsərrüfat işləri ilə məşğuluq. Pambıq yığırıq, taxıl əkirik, mal-qaraya qulluq edirik. Bir sözlə, əhvali-ruhiyyəmiz çox yüksəkdir. Səbirsizliklə QƏLƏBƏ xəbəri gözləyirik.

İlham MƏMMƏDOV,

Tərtər rayonu Borsunlu kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video