Alternative content

07:46 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbədi və sarsılmaz müstəqillik
Əbədi və sarsılmaz müstəqillik
ANA SƏHİFƏ / SİYASƏT
01:20 18.10.2020


Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi ilə tarixinin növbəti şərəfli mərhələsindən keçir


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 29 il ötür. Əvvəlki illərdən fərqli olaraq, xalqımız bu dəfə müstəqilliyimizin bərpasının ildönümünü tamamilə başqa əhvali-ruhiyyədə qarşılayır. Çünki budəfəki ildönümü Azərbaycanın müstəqillik tarixinin olduqca şərəfli səhifələrinin yazıldığı bir dövrə təsadüf edir. Növbəti ildönümünü ordumuzun işğal altında olan torpaqlarımızı erməni işğalından təmizlədiyi vaxtda qeyd edirik.


Ulu Öndərin xilaskarlıq missiyası müstəqilliyimizi əbədi etdi


1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması respublikamızın tarixində yeni dövrün başlanğıcını qoydu. Həmin tarixdən xalqımız özünün 71 il əvvəl itirilmiş azadlığına yenidən qovuşdu, Azərbaycanın müstəqil dövlət olması bütün dünyaya bəyan edildi. Lakin digər respublikalardan fərqli olaraq, Azərbaycanı müstəqilliyə aparan yolllar hamar olmadı. Xalqımız bu yolda çox qurbanlar verdi, çox əziyyətlər çəkdi. Ona görə bu azadlıq ən uca milli qürur mənbəyi kimi bizim üçün əvəzsiz bir dəyərdir.

Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük coşqu və sevinclə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid edilməsinə səbəb oldular. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun siyasi hakimiyyətə gəlişi ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi aradan qalxdı.

1991-ci ildən 1993-cü ilin iyun ayına qədər cərəyan edən proseslər göstərdi ki, müstəqilliyi qorumaq onu bərpa etməkdən daha çətin imiş. Əgər Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 18 aya nəinki müstəqilliyini, bütövlükdə, dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. Məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı bacardı. Ulu Öndərin adı isə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə həkk olundu, xalqımızın Ümummilli Liderinə çevrildi.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın müddəaları da Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində real həyata vəsiqə aldı. Ulu Öndər xalqımızı çoxdan arzusunda olduğu əsl müstəqilliyinə qovuşdurdu.


İnkişaf və yüksəliş


Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bunun fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Azərbaycanın bölgənin lideri olması, tam müstəqil siyasət həyata keçirməsi, ərazisində heç bir dövlətin hərbi kontingentinin olmaması, böyük güclərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi, son illərdə kosmik klubun üzvləri sırasına daxil olması bu qüdrətin ayrı-ayrı möhtəşəm tərəfləridir. Bir neçə il əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də müstəqilliyin və müstəqil siyasətin nəticəsi idi.

Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi, yeni enerji layihələrinin işə düşməsi, o cümlədən iqtisadiyyatın digər sahələrində yeni layihələrə start verilməsi məhz müstəqil siyasətin və müstəqil dövlətçiliyin bəhrələridir. Xalqımız özünün iqtisadi resurslarının, təbii sərvətlərinin tam sahibidir və bunlardan rifahı naminə səmərəli istifadə edir.

Müstəqilliyin bizə bəxş etdiyi ən böyük imkanlardan biri də inkişaf və yüksəlişdir. Məsələn, bu gün Azərbaycanın ən ucqar dağ rayonlarına təbii qazın verilməsi, avtomobil yollarının olmadığı kəndlərə asfalt yolların çəkilməsi yalnız müstəqilliyimizin bəhrələridir. 70 illik sovet hakimiyyəti illərində bunların heç biri edilməmişdi.

Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın daha güclü rifahına aparır. Müstəqil siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət, qazandığımız bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi, dönməzdir, əbədidir, daimidir.


Böyük qələbə müstəqilliyimizə tarixi töhfə olacaq


Bu günlərdə Azərbaycanda müstəqilliyin nümunəsi olan növbəti tarixi hadisənin təntənəsi yaşanmaqdadır. Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi ordumuzun uğurları ilə davam edir. Bu hərbi əməliyyatların, sivil davranışlardan uzaq olan Ermənistanı cəzalandırma tədbirlərinin həyata keçirilməsinin özü Azərbaycanın sözün bütün mənalarında müstəqil dövlət olduğunu, müstəqil siyasət yürütdüyünü dünyaya nümayiş etdirdi.

Bu günlərdə Azərbaycana qarşı beynəlxalq miqyasda çox təzyiq edilir. Lakin Prezident, Ali Baş Komandan İlham Əliyev bu təzyiqlərin qarşısını əzmlə alır, dövlətimizin milli maraqlarını, xalqımızın mənafeyini inamla, qətiyyətlə, müvəffəqiyyətlə müdafiə edir. Ermənistandan fərqli olaraq, Azərbaycan başqa dövlətlərə kömək üçün yalvarmır. Budur müstəqillik, budur müstəqil dövlətçilik. Yekdilliklə İlham Əliyevin ətrafında səfərbər olan xalqımız əmindir ki, hərbi əməliyyatlar ərazi bütövlüyümüzün bərpası ilə başa çatacaq. Qarşıda bizi gözləyən böyük qələbə Azərbaycanın dövlət müstəqilliyinə tarixi töhfə olacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM