Alternative content

08:00 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İrəli, Azərbaycan əsgəri!
İrəli, Azərbaycan əsgəri!
ANA SƏHİFƏ / SİYASƏT
01:20 18.10.2020


Ordumuzun Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olan əks-hücum həmləsinin ilk saatlarından düşmən yaşayış məntəqələrimizi hədəfə alıb. Elə gün olmur ki, qarşı tərəfdən kənd və şəhərlərimizə yüzlərlə artilleriya zərbələri endirilməsin. İndiyədək minlərlə ev ya dağıdılaraq yararsız vəziyyətə düşmüş, ya da ciddi zədələrə məruz qalmışdır. Təəssüf ki, dinc əhali arasında ölənlər və yaralananlar da vardır.

Buna baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi sayəsində Azərbaycan Ordusu zəfər yürüşünü inamla davam etdirir. Əmr dəyişməzdir - yalnız irəli! İşğal altındakı torpaqlarımızın son qarışını azad etməyincə, uğrunda candan keçməyə hazır olduğumuz üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımızı Ağdamda, Şuşada, Xankəndidə, Laçında, Qubadlıda, bir sözlə, bütün Qarabağda ən uca zirvələrə sancmayınca durmağa, nəfəs dərməyə haqqımız yoxdur.

30 il nisgillə döyünən, sevincə həsrət qalan ürəyimiz bu gün çox qürurludur. Hərəsi bir evin çırağı, bir ailənin ümidi olan oğullarımız - qəhrəman Azərbaycan əsgəri bu gün döyüş meydanında şanlı tarix yazır.

Cəbhədən qələbə soraqlı xəbərlər gəlir. Ordumuz sürətlə irəliləyir. İllərdən bəri yolumuzu həsrətlə gözləyən kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca düşmən tapdağından azad olunur. Azərbaycan əsgəri bu ərazilərdəki düşmən bayrağını endirib ayaqlar altına atır, yerinə ay-ulduzlu bayrağımızı sancır, bizlərə qürurlu anlar yaşadır.

Bu gün xalqımız Qarabağda tökülən nahaq qanların qisasını almaq, hesabını sormaq üçün yumruğa çevrilib. İndiyədək doğma dədə-baba torpaqlarımızda oturub bizə hədyanlar deyən, qarşımıza şərtlər qoyan ermənilər arxalarına baxmadan qaçırlar. Döyüş meydanlarında hərbi texnikalarını, silah-sursatlarını qoyub gizlənməyə yer axtarırlar. Cıdır düzündə yallı gedən Paşinyan indi ilan dili çıxarıb dünyanın nüfuzlu dövlətlərinə yalvarır ki, amandı, durdurun müharibəni, türklər məzlum erməni xalqını qırır. Bəs dünyanın da tanıyıb qəbul etdiyi Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb, milyonlarla insanı isti yuvasından, doğma ev-eşiyindən perik salıb öz vətənində köçkünə çevirəndə nə vaxtsa səndən hesab sorulacağı, haqq-hesab çəkiləcəyi barədə niyə düşünmürdün? "Qarabağ Ermənistandır” deyib sonunda da nöqtə qoyan müştəbeh, indi Qarabağın əsl sahibi olan Azərbaycan əsgərinə döyüş meydanında cavab ver, görüm necə verirsən!

Döyüş meydanında kişilər, ərlər döyüşər. Ermənilər isə döyüş meydanında duruş gətirə bilməyib qaçır, amma son nəfəsində də namərdliyindən əl çəkməyib yaşayış məntəqələrimizi, dinc əhalimizi hədəf alır, kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar. Amma unudurlar ki, Azərbaycan xalqını qorxutmaq mümkün deyil. Çünki bu günlər on milyon ürək yalnız bir arzuyla, bir amalla döyünür - Qələbə!

Bu səbəbdən arxa cəbhədə də işlər həmişə olduğundan daha səmərəli, daha yaxşı gedir. Ağ örpəkli tarlaların bol məhsulu min bir həvəslə yığılır, tədarük məntəqələrində cərgələnən pambıq tarlalarının sayı sürətlə artır. Gələn ilin məhsulu üçün təsərrüfatlarda taxıl səpini də uğurla davam edir. Fabrik və zavodlar ahəngdar işləyir.

Bu gün qələbəmizi şərtləndirən ən əsas amil odur ki, xalq-ordu birliyi bütün zamanlarda olduğundan daha monolitdir, daha güclüdür, daha sarsılmazdır. Düşmənin artilleriya və raket hücumlarına hədəf olan Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Ağcabədi və digər bölgələrdə mülki əhali arasında həlak olanlar, yaralananlar olsa da, kəndlərimiz, şəhərlərimiz dağıntıya məruz qalsa da, əhvali-ruhiyyə yüksəkdir. Bunu qələbə sevinci duyulan baxışlardan, fərəh oxunan çöhrələrdən, evlərin balkonlarından, avtomobillərdən asılan bayraqların qürurverici mənzərəsindən aydın görmək olar. Bu gün hər ailə süfrəsinin halal çörəyini Azərbaycan əsgəriylə bölməyə hazırdır. Şəkidə yaşlı bir kişinin öz pensiyasını Müdafiə Fonduna keçirməsi hər kəsi duyğunlandırdı...

İrəli, Azərbaycan əsgəri! Cənnət Qarabağımızın azadlığı uğrunda bu müqəddəs savaşda ürəyi səninlə birgə döyünən vətən sevdalı milyonlar Qələbə təşnəsidir. Bizi zəfərinlə sevindir, əsgər oğlum! Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

Lazım QULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM