Alternative content

23:22 28 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantin tələblərinə əməl olunması həm də ordumuza dəstəkdir
Karantin tələblərinə əməl olunması həm də ordumuza dəstəkdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:19 18.10.2020


Qarabağ uğrunda döyüşlərdə olduğu kimi, koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməliyik


Koronavirus planetin bir nömrəli problemi olaraq qalmaqda davam edir. Son günlər əksər ölkələrdə vəziyyət daha da pisləşib, bəzilərində isə nəzarətdən çıxıb. Əslində, bu artım gözlənilən idi. Çünki hələ avqust ayında mütəxəssislər proqnozlaşdırırdı ki, oktyabr-noyabr aylarında dünyada koronavirusa yoluxanların sayı artacaq. Bunun da əsas səbəbləri iqlim dəyişikliyi, havaların soyuması, rütubətin artması, payız-qış dövründə immunitetin zəifləməsidir.

Təəssüf ki, son günlər Azərbaycanda da koronavirusla əlaqədar vəziyyət yenidən gərginləşib. Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı müsbət dinamika var idisə, son günlərdə gündəlik yoluxma mənfi tendensiyaya yönəlib. Yoluxmanın artmasında yuxarıda sadalanan obyektiv səbəblərlə yanaşı, qaydalara ciddi riayət edilməməsi kimi faktorlar da rol oynayıb. Etiraf edək ki, son vaxtlar hər kəsin diqqəti, fikri ön cəbhəyə, Azərbaycanın haqq savaşına yönəldiyinə görə koronavirus anlayışı aktuallığını itirdi, arxa plana keçdi. Xüsusən cəbhədə uğurlu əməliyyatların olması, vətəndaşlarımızın bu məsələyə münasibəti koronavirusla mübarizəni bir qədər arxa plana keçirdi. Vətəndaşlarda virusa laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadənin azalması, məsafə saxlanmaması da çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinin və xəstəliyin sürətlə yayılmasının əsas səbəbidir.

Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda qayda pozuntularının artıq bir çox insanları narahat etməməsi əsassız arxayınlığın göstəricisidir. Məhz bu faktorlar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarında kəskin artıma, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə təsir edib. Nazirlər Kabineti yanında Operativ Qərargah da sanitar-epidemioloji vəziyyəti, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürətini əsas götürməklə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verib. Belə ki, 19 oktyabrdan 2 noyabradək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Həmin müddətdə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib.

Operativ Qərargah vətəndaşlarımıza çağırış edib ki, COVID-19-la bağlı hazırkı vəziyyətdə şəxsi gigiyenaya, eləcə də tibbi-profilaktik qaydalara, mövcud karantin şərtlərinə ciddi əməl etsinlər, qoruyucu maskaları mütləq və düzgün taxsınlar, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxsınlar, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olsunlar.

Ötən aylar ərzində hamı koronavirusla mübarizədə əməl edilməli vacib qaydalarla yaxından tanışdır. İndi bu qaydaları vərdişə, həyat normasına çevirmək zəruridir. Vətəndaşlar kütləvi toplantılardan çəkinməli, bazarlar, supermarketlər və digər yoluxma ehtimalı yüksək olan yerlərdə xüsusilə diqqətli olmalıdırlar. Heç kəs unutmamalıdır ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı, ümumilikdə isə, ordumuz üçün ciddi təhlükədir. Eyni zamanda bu, xəstəxanaların yüklənməsinə, tibbi kadr çatışmazlığına, nəticədə yaralı əsgərlərin müalicəsində çətinliklər yaranmasına səbəb olar. Xəstəxanaların, tibb işçilərinin diqqəti cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib ki, sentyabrın 28-dən başlayaraq TƏBİB-in İdarə Heyətinin üzvləri başda olmaqla, xüsusi işçi qrupları cəbhə bölgəsindədir. Düşmən tərəfindən durmadan atəşə məruz qalan bölgələrdə, şəhərlərdə bütün xəstəxanalar fəaliyyət göstərməkdədir. Bu xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü şəkildə xidmət göstərmək üçün gedən həkim və tibb işçiləri, tibb bacıları var. Onlar canla-başla əsgərlərimizin qulluğunda durmağa hazırdırlar. Xüsusi işçi qrupu hərbi qulluqçulara, əsgərlərə göstərilən tibbi xidmətin keyfiyyətinə, təxliyəsinə xüsusi nəzarət edir. Belə vəziyyətdə koronavirus xəstələrinin sayının artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir.

Bəli, hazırda sıravi vətəndaşların orduya verəcəyi ən böyük dəstək qaydalara əməl etməsi, diqqətli olmasıdır. Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün qorunma tədbirlərinə əməl etməklə dövlətimizə, əsgərlərimizə dəstək vermiş olarıq. Əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək vətəndaşlıq borcu olmalıdır. Qarabağ uğrunda gedən döyüşlərdə yumruq kimi birləşən xalqımız koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməlidir.

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM