Alternative content

21:25 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ön cəbhəyə dayaq olmağa çalışırıq
Ön cəbhəyə dayaq olmağa çalışırıq
ANA SƏHİFƏ / SİYASƏT
01:18 18.10.2020


Ölkəmizin ərazi bütövlüyünü təmin etmək uğrunda ordumuzun zəfər yürüşü davam edir. Düşmənə sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz inamla irəliləyir, yaşayış məntəqələrimiz işğaldan qurtulur. Mətbuatın, televiziya kanallarının döyüş meydanından yaydığı qələbə soraqlı xəbərlər hər evdə, hər ailədə bayram ovqatı yaradır.

Bu gün Azərbaycanın hər güşəsi Qarabağ, hər bir ölkə vətəndaşı isə əsgərdir. Ön xətdə düşmənlə üz-üzə, göz-gözə döyüşən əsgərlərimiz, Azərbaycanın Silahlı Qüvvələri tarixinə misli görünməmiş şanlı səhifələr yazırlar. Qələbə müjdəli cəbhə xəbərləri arxada, əmək meydanında çalışanlara sevinc bəxş edir, onları yeni nailiyyətlərə ruhlandırır.

Bu günlər bütün bölgələrdə olduğu kimi, ölkənin böyük potensiala malik kənd təsərrüfatı rayonu Sabirabadda da yüksək əhvali-ruhiyyə hökm sürür, gerçək qələbə ovqatı yaşanır. Torpağa, halal zəhmətə qırılmaz tellərlə bağlı Sabirabad kəndlisi əmək meydanında hünər göstərir, ön cəbhəyə etibarlı dayaq olduğunu qazandığı yüksək nəticələrlə ortaya qoyur.

Hazırda təsərrüfat işlərinin qızğın çağıdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən pambıqçılıqda məhsul yığımı dövrüdür. Bu il 10075 hektar sahədə pambıq əkilmiş, böyük zəhmət bahasına bol məhsul yetişdirilmişdir. Məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün bütün qüvvələr səfərbərdir. Məhsul yığımında ötən illərdə olduğu kimi, yenə də texnikaya geniş meydan verilmişdir. Hazırda tarlalarda 34 pambıqyığan maşın işləyir. Hər gün rayon üzrə təxminən 650-750 ton pambıq yığılır.

Rayonun təsərrüfatlarında taxıl səpini də aparılır. Bol məhsula etibarlı bünövrə qoymaq üçün tələb olunan aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçiririk. Taxılçılarımız "Çörək bol olarsa, basılmaz Vətən!” şüarını əməli işdə doğrultmağa çalışırlar.

Bu gün Sabirabadda döyüş meydanında qələbəmizə etibarlı iqtisadi təminat yaratmaq üçün bütün qüvvələr, bütün imkan və ehtiyat mənbələri səfərbər edilmişdir.

Heydər YAQUBOV,

Sabirabad rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM