Alternative content

00:58 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdamın Qaradağlı kəndinin sakinləri düşmənin təxribatlarından qorxmurlar
Ağdamın Qaradağlı kəndinin sakinləri düşmənin təxribatlarından qorxmurlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:16 18.10.2020


Cəbhədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı qarşısında aciz qalaraq geri çəkilən Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmənin hədəfə aldığı Ağdam rayonunun Qaradağlı kəndinə gedərək qəhrəman kənd sakinləri ilə həmsöhbət olub. Sakinlər söhbət zamanı bildiriblər ki, təkcə bu gecə kəndin ərazisinə 40-dan çox mərmi atılıb. Lakin düşmənin təxribatları kənd sakinlərini qorxutmur. Yaşayış məntəqəsində həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.

Kənd sakini Nəriman İbadov deyib: "Mənfur düşmən kəndi hər gün atəşə tutur. Bu, onların xislətidir. Mərmilər həm kənddəki evlərə, yardımçı binalara ziyan vurur, həm də əkin sahələrinə düşür. Buna baxmayaraq, camaat kəndimizdədir. Ordumuzun cəbhədə qazandığı qələbələr bizi sevindirir, ruhlandırır. Allah ordumuzu qorusun”.

Digər sakin Razi Mirzəyev isə deyib: "Bu gecə düşmən kəndi yenə atəşə tutdu. Qonşumuzun evi yanırdı, söndürdük. Evlər dağılsa da, yansa da, nə qədər ziyan olsa da kəndimizdəyik. Prezidentimizə, ordumuza güvənirik, hər an döyüşlərdə iştirak etməyə hazırıq”.

Qeyd edək ki, Ermənistan hərbçilərinin sentyabrın 27-dən başlayan artilleriya atəşləri nəticəsində ilkin məlumata görə, Ağdam rayonunun yaşayış məntəqələrində 56 ev tamamilə dağılıb,

400-dən artıq evə, 86 yardımçı tikiliyə, 16 sosial, 2 istehsal, 1 su təchizatı, 16 ticarət, 5 ictimai iaşə obyektinə, 5 inzibati binaya ziyan dəyib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM