16 Oktyabr 2020 16:37
1123
İQTİSADİYYAT
A- A+

Səkkiz ayda Azərbaycanla Polşanın ticarət dövriyyəsi artıb


Cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan və Polşa arasında ticarət dövriyyəsində artım müşahidə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşündə iki ölkənin əlaqələrinin genişləndiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib. Ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. Bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması və bu ilin sentyabrın 27-dən işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatlara başlaması, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyini təmin etmək və işğal olunmuş torpaqlarını qaytarmaq üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib.

Görüşdə pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə də məlumat verilib, koronavirusla mübarizədə ölkələrimiz arasında qarşılıqlı yardımın əhəmiyyəti qeyd edilib. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətini diqqətə çatdıran İqtisadiyyat naziri postpandemiya dövründə Polşa ilə investisiya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, enerji, dövlət-özəl sektor tərəfdaşlığı və sair sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Azərbaycanın əlverişli nəqliyyat-tranzit imkanları, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələt Azad İqtisadi Zonasının potensialı barədə məlumat verib, Polşa şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edib.

Polşanın Azərbaycandakı səfiri R.Poborski ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı, iki ölkənin limanları arasında əməkdaşlıq, birbaşa hava reysinin açılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video