15 Oktyabr 2020 22:57
682
DÜNYA
A- A+

“Microsoft” korporasiyası “Windows XP” üçün “Office 2010” paketinin dəstəyini dayandırıb


"Microsoft” korporasiyası oktyabrın 13-də "Windows XP” əməliyyat sistemi üçün "Office 2010” paketinin dəstəyini dayandırıb.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, ABŞ korporasiyası hələ iki həftə bundan əvvəl istifadəçilərə "Office 2010”-dan yeni "Office 2019” paketinə keçməyin vacibliyi haqqında xəbərdarlıq etmişdi. Şirkət son 10 ildə "Office 2010” paketini dəstəkləyib, amma indi dəyişiklik vaxtı gəlib.

"Microsoft”, həmçinin "Mac” əməliyyat sistemi üçün "Office 2010” və "Office 2016” paketlərinin dəstəyini dayandırıb. Bu o deməkdir ki, şirkət daha bu məhsullar üçün texniki dəstək göstərməyəcək, səhvləri aradan qaldırmayacaq və təhlükəsizlik yeniləmələri çıxarmayacaq. Həmin proqram təminatlarından istifadə etməyə davam edən istifadəçilər təhlükə ilə qarşılaşa bilərlər.

Qeyd etmək lazımdır ki, 2010-cu ildən sonra çıxarılmış "Office” versiyaları "Windows XP” sistemini dəstəkləmir. Analitiklərin məlumatına görə, dünyada milyonlarla istifadəçi sözügedən əməliyyat sistemindən istifadəyə davam edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video