15 Oktyabr 2020 19:01
834
Mədəniyyət
A- A+

Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib


Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Nazirlikdən AZƏRTAC-a daxil olan müraciətdə deyilir:

"Ermənistanın silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq münaqişə zonasından aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə hücum etməsi və bunun nəticəsində mülki vətəndaşların həlak olması və yaralanması, habelə mədəniyyət müəssisəsi və abidənin, yaşayış binaları və mülki infrastrukturun zərər görməsi diqqətə çatdırılıb.

Ermənistanın mülki əhali və obyektləri, tarixi abidələri hədəfə almasının beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunun, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyaları və Əlavə Protokollarının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi olduğu vurğulanıb”.

Müraciətin sonunda Anar Kərimov "İnanıram ki, UNESCO göstərilən cinayətləri pisləməkdə və Ermənistan Respublikasını mülki şəxslərə, mülki infrastruktura, mədəni və dini abidələrə qəsdən hücumlardan çəkinməyə və beynəlxalq qanunlardan irəli gələn öhdəliklərə əməl etməyə çağırmaqda daha böyük və daha fəal rol oynaya bilər.” – deyə qeyd edib. UNESCO-nu Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini pisləməyə və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərməyə çağırıb.

Xatırladaq ki, UNESCO-ya ünvanlanan bundan öncəki müraciətdə cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, yaşayış məntəqələrinə ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olması, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəyməsi ilə bağlı məsələlər diqqətə çatdırılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video