13 Oktyabr 2020 16:44
825
Təhsil
A- A+

2020-2021-ci tədris ili üzrə 809 nəfər “SABAH” tələbəsi adını qazanıb


2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin "SABAH” qruplarına tələbə seçimi aparılıb. Sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün ümumilikdə 1984 tələbə müraciət edib, onlardan 1883 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1864 tələbə iştirak edib. İki gün ərzində 29 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1198 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 809 tələbə 29 ixtisas üzrə "SABAH” tələbəsi adını qazanıb.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün "SABAH” qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin "SABAH” qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bir çox ixtisaslarda ingilis dilində aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video