Alternative content

20:06 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib
Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib
ANA SƏHİFƏ / PARLAMENT
15:18 13.10.2020

Oktyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttində vəziyyət barədə danışıb. Qeyd edilib ki, Ermənistanın təxribatları regionda təhlükə yaradır. İşğalçının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri lazımi addımlar atır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur. Sentyabrın 27-dən bu günədək bütün baş verənlər Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Son hadisələr bir daha göstərdi ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatları həyata keçirir. Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib.

Bildirilib ki, oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin iştirakı ilə danışıqlar zamanı Dağlıq Qarabağda təmas xəttində humanitar atəşkəs elan edilməsi barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan növbəti dəfə riyakarlıq göstərərək oktyabrın 11-nə keçən gecə Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəni raket hücumuna tutub, nəticədə mülki əhali arasında ölənlər və yaralananlar var. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Biz bunu qəti şəkildə pisləyirik. Dünya birliyi də bu məsələdə Azərbaycanı dəstəkləyir.

Sonra Bəxtiyar Əliyev gündəliyə "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib.

"Təhsil haqqında” qanun layihəsinə dəyişikliklə bağlı bildirilib ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bildirilib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Komitə sədri deyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə təhsillərini növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Müzakirəyə çıxarılan "Peşə təhsili haqqında” qanun layihəsi "Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Qeyd edilib ki, həmin qanunda kvalifikasiya anlayışı belə verilir: "kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsidir”.

Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Tamam Cəfərova, Afət Həsənova, Anar İsgəndərov, Fatma Yıldırım, Kamilə Əliyeva sənədlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM