12 Oktyabr 2020 22:27
746
Məktublar
A- A+

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciyadan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Biz Balkan yarımadasında, xüsusilə də Bosniya və Herseqovinada müharibənin nə olduğunu, ölkənizin bu gün yaşadıqlarını yaxşı anlayırıq. Bu ağrı-acının keçməsi bir müddət vaxt aparacaq.

Siz ölkənizi uğurla müdafiə edən Lidersiniz. Təəssüflər olsun ki, 30 il bundan əvvəl ölkəmizdə olduğu kimi, biz yenə də beynəlxalq hüququn prinsiplərinə göz yumulduğunun və səssiz qalmanın şahidi oluruq. Biz dünya birliyini Azərbaycan Respublikasının ərazi bütövlüyünə tam hörmət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsi istiqamətində səylərini artırmağa çağırırıq.

Biz beynəlxalq səviyyədə bununla bağlı təbliğat aparılması üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzində öz resurslarımızı səfərbər etmişik.

Sizin hərtərəfli dəstəyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Balkan yarımadasındakı fəaliyyətini yüksək qiymətləndirirəm. Köməyə ehtiyac olarsa, biz öz gücümüz daxilində və "Ortaq dəyərlər və cəmiyyət” adlı fondumu, eləcə də regiondan olan dostlarımı səfərbər etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə əlaqə saxlamışam.

İnanıram ki, Azərbaycan üçün çox çətin olan bu dövrdə haqq-ədalət tezliklə zəfər çalacaq. Biz birlikdəyik!

Əminəm ki, Bosniya və Herseqovina xalqının mütləq əksəriyyəti ölkənizin hansı çətinliklərdən keçdiyini çox gözəl anlayır və buna görə də biz Azərbaycan xalqını qətiyyətlə dəstəkləyirik.

Hörmətlə,


Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri,

2012-2015-ci illərdə Baş Nazirin müavini və Xarici İşlər naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video