Alternative content

07:39 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisi Ermənistanın Gəncəni raket atəşinə tutması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara və milli parlamentlərə müraciətlər ünvanlayıb
Azərbaycan Milli Məclisi Ermənistanın Gəncəni raket atəşinə tutması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara və milli parlamentlərə müraciətlər ünvanlayıb
ANA SƏHİFƏ / PARLAMENT
19:39 12.10.2020

Milli Məclis Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriya və raket atəşinə tutması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara və milli parlamentlərə müraciətlər ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Milli Məclis rəhbərliyinin və dostluq qruplarının adından 54 ölkənin parlamentlərinə 60, həmçinin 11 beynəlxalq təşkilata 21 məktub göndərilib.

Məktublarda qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilən bu vandallıq aktı nəticəsində Azərbaycanın 9 mülki vətəndaşı həlak olub, 30-dan çox adam isə yaralanıb.

Gəncə şəhərinin fəal döyüş əməliyyatlarının aparıldığı ərazidən xeyli uzaqda yerləşdiyinin qeyd olunduğu müraciətlərdə xatırladılır ki, oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunub. Lakin Ermənistan bu razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edir və öz təcavüzkar siyasətini daha da genişləndirməyə çalışır.

Məktublarda daha sonra Ermənistanın Gəncə şəhəri ilə yanaşı, sənaye infrastrukturunun, Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrimizi də ağır artilleriya, həmçinin raket atəşinə tutduğu qeyd olunur.

Müraciətlərdə vurğulanır ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir və beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının və digər beynəlxalq sənədlərin tələblərinin kobud şəkildə pozulması deməkdir.

Məktublarda bu hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunur. Qeyd edilir ki, heç kim mülki əhalinin hədəfə alınmasına yönəlmiş bu cür təcavüz aktlarına biganə qalmamalıdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM