Alternative content

08:05 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağdakı uğurlarımız müdrik siyasətin bəhrəsidir
Qarabağdakı uğurlarımız müdrik siyasətin bəhrəsidir
ANA SƏHİFƏ / SİYASƏT
01:22 09.10.2020


Həsrətlə gözlədiyimiz, işğalda olan doğma torpaqlarımızın düşmənlərdən təmizlənməsi anı yetişdi. Xoşbəxtik ki, bu günləri görürük. İndi hər kəs Qarabağdan, ordumuzun rəşadətindən danışır. Hamının üzündə bir fərəh hissi var.

Prezident İlham Əliyevin dediyi kimi, "İnsanlar qələbələrimizi eşitdikcə sevincdən ağlayır”. Prezidentimiz doğru deyir, bu göz yaşları artıq 1990-cı illərdəki kədər, qəm, məyusluq dolu göz yaşı deyil. Bu göz yaşları qürurla, inamla, sevinclə dolu göz yaşlarıdır. Bu göz yaşları yeni başlayan gözəl bir günün sübhündəki şehə bənzəyir. Cənab Prezident hər dəfə torpaqlarımızın azad olunduğunu elan etdikcə insanların keçirdiyi sevinc hissinin dərinliyini sözlə ifadə etmək mümkün deyil. İnşallah, tezliklə hamımızın gözlədiyi Qələbə də elan ediləcək!

Bu günlərdə apardığımız müqəddəs müharibəyə 30 ildən artıq bir yol gəlmişik. 1987-ci ildə mənfur Aqanbekyanın Fransanın "Humanite” qəzetinə Dağlıq Qarabağla bağlı verdiyi müsahibədən, Raisa Qorbaçovanın Dağlıq Qarabağı ermənilərə hədiyyə etməsinə söz verməsi müqabilində aldığı rüşvətdən, M.Qorbaçovun kəkələyə-kəkələyə Qarabağ problemindən danışmasından, xalqımızın Azadlıq meydanındakı haraylarından, 20 Yanvar faciəsindən, beynəlxalq aləmin laqeydliyindən, ikiüzlü siyasətdən, özümüzün haqqın, ədalətin qüdrətinə olan inamımızdan başlayır bu müharibəmiz. Bu müharibə xalqımızın tale məsələsidir.

Biz 30 ildən artıq dözdük. Dünyanın güc mərkəzlərindən öz haqlı tələblərimizə dəstək gözlədik. Onlarsa hər dinəndə demokratiyadan, beynəlxalq hüquqdan, düzlükdən danışa-danışa torpaqlarımızı əlimizdən alıb ermənilərə bağışlamaq yolları axtardılar. Hər dəfə Qarabağ probleminin ədalətlə həll olunmasına tərəfdar olduqlarını dedilər. Amma bu "ədalətli həll” dedikdə nəyi nəzərdə tutduqlarını demədilər.

Biz çox gözlədik! Haqqın, ədalətin qalib gələcəyi günü gözlədik. Amma gözləməklə yanaşı, ağıllı siyasət qurmağa, iqtisadiyyatımızı, ordumuzu gücləndirməyə, xalqımızın rifah halını yüksəltməyə, sabaha, qələbəyə inamı möhkəmləndirməyə çalışdıq. Xalq öz Prezidentinə inandı və onun ətrafında hər zaman sıx birləşdi.

İndi dünyanın hər yanında çoxları Ermənistanı Azərbaycanla müqayisə edir, ölkəmizin iqtisadi və hərbi üstünlüyündən danışırlar. Azərbaycanın əsas üstünlüklərindən biri isə onun Prezidentinin şəxsi keyfiyyətləridir. Məhz Prezidentimizin siyasi müdrikliyi, uzaqgörənliyi bizə dolanbaclardan təhlükəsiz keçməyə kömək oldu. Məhz onun sayəsində Heydər Əliyevin başlatdığı siyasət uğurla davam edir. Bəli, ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alan, orada dərs deyən, dünyanın ən təcrübəli siyasətçilərindən olan, Heydər Əliyev məktəbini keçən cənab İlham Əliyev kimi rəhbərimizin olması üstünlüyümüzü təmin edən çox mühüm amildir.

Qələbələrimizin əsas səbəblərindən biri də xalqımızın öz Prezidentinə olan inamı, etibarıdır. Öz torpağı uğrunda ayağa qalxan xalqımız məhz Prezidentimizin ətrafında səfərbər olaraq silaha sarılıb.

Torpaqlarımız hissə-hissə azad olunduqca bütün Azərbaycan sevinir. Amma qarabağlıların sevincində bir ayrı məqam da var. Yaşlı qarabağlılar öz uşaqlıq, gənclik dövrlərinin keçdiyi, ata-babalarının uyuduğu torpaqların azad edilməsini 30 ildir həsrətlə gözləyirdilər. O torpaqları görməyən yeni nəsil isə hər zaman evdəki yaşlıların söhbətindən, ağrılarından, göz yaşlarından tanıdıqları ata-baba yurdlarını nəhayət ki, görəcəklərinə görə sevinirlər. Mən özüm də bir qarabağlı olaraq belə bir sevinc içərisindəyəm. Ruhuma, qanıma işləyən o torpaqlar üçün çox darıxmışam. İndidən o doğma torpaqlara ayaq basacağım, o əziz yerlərin yaralarına dava-dərman qoya biləcəyim günləri gözləyirəm.

Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, artıq bir çox dövlətlər, siyasi xadimlər bizim haqq işimizi dəstəkləyir, ədalətli olduğumuzu qəbul edirlər. Cənab İlham Əliyev yaralı hərbçilərlə görüşdə dedi: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

İndi bir sıra dövlət başçıları, beynəlxalq təşkilatlar döyüşləri dayandırmağın, atəşkəsin zərurətindən danışır. Cənab İlham Əliyev onlara çox məntiqli cavab verir. Bildirir ki, biz də atəşkəs tərəfdarıyıq, amma bir şərtlə: təminat verin, konkret qrafik göstərin ki, işğalçılar bizim doğma ata-baba torpağımızdan nə vaxt çıxacaqlar. Beynəlxalq hüquqa nə vaxt əməl edəcəklər. BMT-nin qətnamələrini nə vaxt icra edəcəklər?

İndi Azərbaycan və bizə qardaş dəstəyi göstərən Türkiyə təkcə Qarabağ uğrunda mübarizə aparmır. Həm də bütün Yer üzündə haqqın, ədalətin bərpası, haqq işi uğrunda mübarzə aparır. Biz ədalət yolundayıq, iblis xislətlilərlə mübarizə aparırıq. Biz bu gün elə həm də beynəlxalq qurumların, ilk növbədə, BMT-nin hüquqlarını, onun şərəfini qoruyuruq. 27 il əvvəl BMT Qarabağın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz olaraq azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. Ermənilər bu qətnamələrə əməl etməməklə, eyni zamanda BMT-nin nüfuzuna zərbə vururlar. Bizim mübarizəmiz həm də bu nüfuzun qorunmasına xidmət edir.

Habil QURBANOV,

Hüquq üzrə elmlər doktoru, professor, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, Qarabağ müharibəsi veteranı





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM