09 Oktyabr 2020 00:53
2706
ELANLAR
A- A+

“Azercell”in Mobil Göz klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edib


Fəaliyyət dövrü ərzində daima sosialyönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan "Azercell Telekom” MMC 8 oktyabr "Ümümdünya Görmə Günü” münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirib.

Lider mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib.

Müayinələr dünən Masazır qəsəbəsində "Azercell”in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş "Mobil Göz Klinikası” və "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilib. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilib. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılıb. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təsdiq edilmiş bütün tələblərə də riayət edilib.

"Azercell Telekom” MMC-in 2010-cu ildən fəaliyyətə başlayan Mobil Diş və 2011-dən çalışan Mobil Göz klinikaları bugünə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video