06 Oktyabr 2020 20:16
951
İDMAN
A- A+

Çingiz Hüseynzadə: Çoxlu sayda idmançı bizə müraciət edərək döyüşə getmək istədiyini bildirib

 
Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəfə alaraq yaşayış məntəqələrinə raket zərbələri endirməsi düşmənin cəbhədəki məğlubiyyətindən daha da azğınlaşmasının göstəricisidir.

Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Vitse-prezident qeyd edib ki, məğlubiyyətlə barışa bilməyən Ermənistan hakimiyyəti bu təxribatlarla xarici qüvvələri münaqişəyə cəlb etmək istəyir. Ermənistanın cinayətkar əməllərinə, xalqımızda qorxu hissi yaratmağa çalışmasına baxmayaraq, Azərbaycan gündən-günə qələbəyə yaxınlaşır.

"Beynəlxalq arenada Azərbaycanın idman şərəfini qoruyan atletlərimiz bu gün cəbhədə Vətəni qoruyurlar. Hər bir azərbaycanlının Prezidenti olan Ali Baş Komandan İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin Prezidentidir. Ona görə də idmançılar ikiqat məsuliyyət hiss edirlər. Çoxlu sayda idmançı bizə müraciət edərək döyüşə getmək istədiyini bildirib. İnanın, onları zorla saxlayırıq və bildiririk ki, vaxtı gələndə onlar da hamı kimi Vətən uğrunda mübarizəyə qoşulacaqlar”, - deyə Ç.Hüseynzadə əlavə edib.

MOK-un vitse-prezidenti Azərbaycan Ordusunun qalibiyyətini ədalətin bərpası kimi qiymətləndirərək deyib: "İdman yarışlarının hakimləri olur. Onlar yarışların ədalətli keçməsini təmin edirlər. Biz münaqişənin ədalətli həllini 30 il gözlədik. Bu gün görürük ki, bu ədalət döyüş meydanında əldə olunur. Bu ədaləti Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu təmin edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video