27 Sentyabr 2020 00:25
3820
Mədəniyyət
A- A+

“Pəri cadu”


Əbdürrəhim bəy Haqverdiyev "Sehrli pəri” və ya "Pəri cadu” faciə pyesini 1901-ci ildə, Şuşadan Bakıya qayıtdığı zaman bitirmişdir. Əsər Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilmiş, Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrında uğurla oynanılmışdır.

Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu” dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu” pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir.Tədqiqatçının sözlərinə görə, əsərdə N.Nərimanovun "Şamdanbəy”, Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük”, M.F.Axundzadənin "Hacı Qara” əsərləri kimi, Haqverdiyev pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir. Cəfərovun sözlərinə görə, "Pəri cadu” pyesinin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi.

Tamaşada Xeyir (Mələk) və Şərin (İblis) daimi mübarizəsindən bəhs olunur. Əsərin qəhrəmanı Pəri ərindən və bütün kişi tayfasından qisas almaq üçün İblislə müqavilə bağlayaraq füsunkar bir Pəridən qisasçı Pəri caduya çevrilir. Qurban obrazı var-dövlət, şöhrət, şöhvət hərisliyinin insanı hara sürüklədiyini göstərir. Əsərdə iki cəbhə açıq-aydın görünür. Mələk tərəfdə Səlimə, Rəhim, Çoban, İblis tərəfdə isə Şamama cadu, Pəri, Hafizə və əcinnələr əsas obrazlar kimi verilir. Əsərdə rəmzi şərtiliklərdən istifadə olunub. Bütün səhnə İblisin toxuduğu hörümçək toru ilə əhatə olunub. Tamaşaya Z.Freydin nəzəriyyəsi ilə yanaşılıb. Tamaşaçılar bu əsərdə həm çox faciəli, həm də komik səhnələrin şahidi olur, eyni zamanda heyrətamiz təntənə yaşayır. Ə.Haqverdiyevin "Pəri Cadu” mistik faciəsi çox ciddi insani problemlərin kontekstində həll olunub. Tamaşada üz-üzə dayanan xeyirxah və şər qüvvələr məslək və əqidə uğrunda mübarizə aparırlar. Ani hissə qapılmanın nə qədər yanlış olduğu, var-dövlətə uyub öz doğma balasından keçən Qurban kimilərə təəssüf və kədər hissi doğurur. Əcinnələr arasında öz insani duyğularını qoruya bilməsə də, sonradan şüuri oyanma zamanı Qurban İblis xislətliləri məhv etməyi seçir və bu yolda onları yox edir. Lakin buraxdığı səhvlər və etdiyi günahlar onun özü üçün də dərin uçurumlar yaradır.

Beləliklə, mövzusu və süjeti xalq yaradıcılığından alınmış "Pəri cadu” pyesində əsasən ailə-məişət məsələlərindən söhbət açılır. Real ailə münasibətlərinin, məişət səhnələrinin üstünlük təşkil etdiyi bu əsərdə simvolizm təsirləri, xəyali surətlər, səhnələr də vardır. Ədib özü deyirdi ki, əsəri simvolizmin təsirilə yazmışdır. "Pəri cadu”nun ideyası belədir: hər kəsin öz əlinin əməyi onun müqəddəratını təyin edir. İnsan taleyini kənarda deyil, öz-özündə axtarmalıdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video