26 Sentyabr 2020 15:32
413
SİYASƏT
A- A+

Anadolu Agentliyi Ermənistanın atəşi altında yaşayışın davam etdiyi Azərbaycan kəndi Əlibəylidən reportaj hazırlayıb

Azərbaycana qarşı hərbi hücum cəhdlərini davam etdirən Ermənistan sadəcə hərbçiləri deyil, mülki əhalini də hədəf alır. Sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan birliklərinin davamlı atəşə tutduğu yaşayış yerlərinin hamısından öndə yerləşir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyinin yaydığı "Əlibəyli - Ermənistanın atəşi altında yaşayışın davam etdiyi Azərbaycan kəndi” sərlövhəli reportaj bu ifadələrlə başlayır. Reportajda Əlibəyli kəndinin coğrafi quruluşundan, yerli sakinlərin yüksək əhval-ruhiyyəsindən bəhs olunur. Müxbir yerli sakinlər, eləcə də şəhid ailələri ilə söhbət əsasında yazır ki, Əlibəyli sakinləri 1990-cı illərdə də Ermənilərin silahlı hücumlarına mərdliklə sinə gəliblər. İnsanlar göstərilən qardaşlıq dəstəyinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqına təşəkkürlərini ifadə ediblər.

Diqqətə çatdırılır ki, Azərbaycan və Türkiyənin liderliyi ilə gerçəkləşən kommunikasiya xətləri bu bölgədən keçir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video