25 Sentyabr 2020 19:02
601
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat naziri Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub


İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Gəncənin iqtisadi potensialının gücləndirilməsi, sənaye zonasının yaradılması və bu məqsədlə müvafiq ərazinin ayrılması məsələləri müzakirə olunub.

Nazir Gəncədə yerləşən "Azəralüminium” MMC-yə baş çəkib. Ölkəmizin əlvan metallurgiya sənayesində aparıcı şirkətlərdən olan "Azəralüminium” MMC Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Şirkətin əsas müəssisəsi – "Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Metal Tökmə və Fasiləsiz Yayma, Elektroliz, Təzyiqlə Emal və Boyama, Anod Prosesləri zavodları) və 2 köməkçi sahə (Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) daxildir. Buradakı zavodların ümumi ilkin alüminium istehsal gücü ildə 50 min tona yaxındır.

M.Cabbarov müəssisənin fəaliyyəti və perspektiv planları ilə tanış olub. Müəssisə rəhbərliyi ilə aparılan müzakirələrdə dayanıqlı xammal təchizatının təmin olunması, ilkin alüminium istehsalının genişləndirilməsi, dərin emal prosesinin aparılaraq müxtəlif məhsulların istehsalının təşkili, istehsalın optimallaşdırılması və rəqabət qabiliyyətliyinin artırılması məsələləri müzakirə olunub.

Sonra İqtisadiyyat naziri Gəncə Avtomobil Zavodunda olub. Müəssisədə müxtəlif təyinatlı nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası (traktor, kombayn və sair), yük avtomobilləri və sair yığılır. Zavod rəhbərliyi ilə görüşdə müəssisənin mövcud istehsal gücü, yeni növ texnikasının, o cümlədən traktorlar, digər kənd təsərrüfatı texnikası və avtobusların yığımı üçün potensialı və satış imkanları müzakirə edilib, müəssisənin rəqabət qabiliyyətliyinin artırılması zəruriliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video