25 Sentyabr 2020 01:22
1548
İDMAN
A- A+

Astarada Zirvə Beynəlxalq Təlim-Məşq Bazası açılıb


Astara rayonunun Qamışoba kəndində inşa edilən "Zirvə” Beynəlxalq İdman Klublarının növbəti qlobal layihəsi olan Zirvə Beynəlxalq Təlim-Məşq Bazasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak edərək bazada yaradılan şəraitlə tanış olmuşdur.

"Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov görülən işlər, həyata keçiriləcək layihələr barədə məlumat vermişdir. Bildirmişdir ki, bazada idmanın basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika növləri üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb. Toplanışlar zamanı komandaların ixtiyarına məşq meydançası və zalları, istirahət və bərpa üçün Olimpiya çempionu və mükafatçılarının şərəfinə adlandırılmış və xüsusi hazırlanmış kotteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe, açıq havada və qapalı şəraitdə 100 nəfərlik restoranlar veriləcək. Xəzər dənizinin sahilindəki füsunkar yerdə salınan bu baza Azərbaycan və dünya idmanının inkişafına öz töhfəsini verəcək. Yeni beynəlxalq təlim-məşq bazası ilk olaraq "Astara Open 2020” basketbol turniri ilə yarışlara start verib.

Bildiyimiz kimi, 27-ci mövsüm boyu yarışların lider və favoriti olan komandamız bu ilin aprel ayında Azərbaycan Basketbol Federasiyası tərəfindən qalib elan edilmişdi. Ancaq dünyanı çənginə alan koronavirus pandemiyası səbəbindən ölkəmizdə elan edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq qızıl medallar və kubokun təqdimi qeyri-müəyyən müddətə təxirə salınmışdı. İndi artıq basketbol üzrə Azərbaycan Superliqasının 2019-2020-ci illər mövsümünün çempionu olan "Zirvə Astara” komandasına çempionluq kubokunun təqdimat mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev tədbirdə çıxış edərək qeyd etmişdir ki, bu müasir idman bazasında idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirilməsi və idmançıların istirahəti üçün hər cür şərait yaradılmışdır. Gələcəkdə burada təşkil ediləcək beynəlxalq yarışlarda iştirak edən idmançılar həm də rayonumuzun füsunkar təbiəti, zəngin mətbəxi ilə tanış olmaq imkanı qazanacaqlar. Belə bir idman arenasının istifadəyə verilməsi, rayonumuzda idmanla yanaşı turizmin də inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda Astaramızın turizm rayonu kimi ölkə hüdudlarından kənarda tanınmasına şərait yaranacaq.

İcra başçısı basketbol üzrə Azərbaycan superliqasının ötən mövsümünün qalibi olan "Zirvə Astara” komandasına Azərbaycan Basketbol Federasiyasının çempionluq kubokunu təqdim edərək, komandaya uğurlar arzulayıb. Qeyd edib ki, "Zirvə Astara” klubunun çempionluğu bizi çox sevindirir, bu əlamətdar hadisə rayondakı gənclər üçün xüsusi nümunə rolunu oynayıb, həm rayon, həm də ümumilikdə cənub regionunda idmanın inkişafına təkan verib.

Açılışdan sonra basketbol üzrə "Astara Open 2020” turniri keçirilib. Yarışda Azərbaycanın ən güclü və təcrübəli basketbolçularının yer aldığı komandalar çempionluq mübarizəsi aparıblar. Turnirdə 10 komanda iştirak edib. "AZFA” "Bestore Team”i 7:6, "Gəncə Fires” isə "Bakı”nı 7:4 hesabı ilə yenərək finala yüksəliblər. Həlledici qarşılaşmada 19:18 hesabı ilə qalib gələn gəncəlilər "Astara Open 2020” kubokunun qalibi olublar.

Bundan əlavə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları çərçivəsində çimərlik voleybolu, çimərlik futbolu və kamandan oxatma üzrə yarışlarda yeniyetmə idmançılar qüvvələrini sınayıblar.

Safail MƏMMƏDOV,

Astara şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video