07 Sentyabr 2020 15:43
1649
Elm və texnika
A- A+

Akademik Yaqub Mahmudovun “Azərbaycan diplomatiyası” kitabı türk dilində də çap olunub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun "Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər)” kitabı Türkiyənin paytaxtı Ankara şəhərində türk dilində çap olunub.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Araşdırma Mərkəzi tərəfindən nəşr edilən kitabın tərcüməçisi tanınmış türkiyəli professor Sebahattin Şimşirdir.

Monoqrafiya Azərbaycanın diplomatiya tarixinin ən maraqlı dövrlərindən birinə həsr olunub. Əsərdə XV-XVII əsrlərdə Avropa ölkələrində danışıqlar aparmış Azərbaycan diplomatlarının, həmçinin Ağqoyunlu və Səfəvi saraylarında olmuş Qərb səyyahları və səfirlərinin fəaliyyətləri işıqlandırılıb. Kitabda Azərbaycanın diplomatiya tarixinə dair zəngin faktik materiallar verilib. Əsərdəki bir çox yeni mənbələr - Ağqoyunlu və Səfəvi hökmdarlarının xarici ölkələrin hakimləri ilə yazışmaları, mühüm siyasi tapşırıqla Şərqə yola salınan Avropa diplomatlarına verilmiş məxfi təlimatlar, Qərbi Avropa diplomatlarının Ağqoyunlu və Səfəvi saraylarından öz ölkələrinə göndərdikləri məxfi məlumatlar, Osmanlı sultanlarının gömrük qanunları və s. qiymətli sənədlər müəllif tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilib. Monoqrafiya tarixçilər, diplomatlar, Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Nəşrdə yazılır ki, Çaldıran döyüşündə (1514) türk dünyası, bütövlükdə islam aləmi ağır məğlubiyyətə uğradı. Bu qardaş qırğını bütün əvvəlki fəlakətlərdən fərqli olaraq Qərb müstəmləkəçilərinin Şərqdə möhkəmlənməkdə olduğu dövrə təsadüf edirdi. Bu mənada Çaldıran döyüşü türk-islam dünyasının tarixi faciəsi, Qərb müstəmləkəçilərinin isə strateji qələbəsi idi. Bu döyüş Azərbaycan və Türkiyə üçün tarixin ibrət dərsidir.

Sevindirici haldır ki, müasir mərhələdə Azərbaycan və Türkiyə türk-islam dünyasının tarixi faciələrindən düzgün nəticə çıxararaq hər zaman bir-birini tərəddüdsüz dəstəkləyib və dəstəkləyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Azərbaycan üçün təkcə dost yox, qardaş ölkədir. Bu baxımdan fərəhli haldır ki, AMEA-nın Tarix İnstitutunun araşdırmaları türkiyəli elm adamları tərəfindən yüksək qiymətləndirilərək qəbul edilir. Bu günlərdə Yaqub Mahmudovun "Azərbaycan diplomatiyası” kitabı haqqında "Thomson Reuters” bazasına daxil olan "Bilig” jurnalında müsbət rəy dərc olunub. Rəyin müəllifi tanınmış türkiyəli alim Samet Zenginoğludur. Rəyçi bildirir ki, müəllif əsərində türk dünyasının tarixi və diplomatiya tarixinə dair tədqiqatlar baxımından oxuculara çox gərəkli məlumatlar təqdim edib. Əsərdə Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin Avropa ölkələri ilə diplomatik münasibətləri müxtəlif dillərdə olan 600-dən çox qaynaq və tədqiqat əsasında araşdırılıb.

Xatırladaq ki, "Azərbaycan diplomatiyası” kitabı rus, ingilis və italyan dillərində də nəşr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video