04 Sentyabr 2020 22:04
3151
Nazirlər Kabineti
A- A+

Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə Nazirlər Kabinetinin Qərarı


"Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;

1.2. 1.1-1-ci bənddə "5” rəqəmi "10” rəqəmi ilə əvəz edilsin;

1.3. 2-ci hissədə "hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri "tələblərin” sözü ilə əvəz edilsin;

1.4. 3-cü hissədə "hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri "tələblərə” sözü ilə əvəz edilsin;

1.5. 4-cü hissə ləğv edilsin;

1.6. həmin Qərara əlavə - "Fəaliyyətinə icazə verilən sahələr” üzrə:

1.7.1. 6.10-cu bənddən "açıq hava sahəsində” sözləri çıxarılsın;

1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

"13. Təhsil müəssisələrinin fəaliyyəti.”.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.2. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”;

2.2. 1.3-cü bənd ləğv edilsin;

2.3. 1.15-ci bənddən ", Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə "22:00-dan 08:00-dək” sözləri "00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1-ci bəndində "Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, "22:00-dək” sözləri "00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən "açıq hava sahəsində” sözləri çıxarılsın.

4. Müəyyən edilsin ki:

4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir;

4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00- dan 00:00-dək həyata keçirilir;

4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş Nazir

Bakı şəhəri, 4 sentyabr 2020-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video