28 Avqust 2020 00:53
1549
Birinci vitse-prezident
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri xanım Mehriban Əliyevaya


Çox hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm.

Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız.

Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq.

Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi-qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhvali-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun.

Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm.

Dərin hörmətlə,

Tatyana ANODİNA,

Dövlətlərarası Aviasiya Şurasının prezidenti,

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video