28 Avqust 2020 00:47
722
SİYASƏT
A- A+

Ermənilərin uydurduğu yalanlar onların təcavüzkar siyasətinin daha bir təsdiqidir


Bu il iyulun 12-də erməni silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizə artilleriya atəşi ilə zərbə vurmuşlar. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavab almışdır. Bununla belə, erməni vandalları növbəti dəfə də öz bəd əməllərini davam etdirmək istəmişlər. Təbii ki, daha tutarlı zərbə almışlar. Yəni ermənilərin sərhəd boyu yerləşən dayaq məntəqələri darmadağın edilmişdir, onlarla hərbçisi öldürülmüşdür. Qəhrəmanlarımızın qisası alınmışdır.

Azərbaycan oğulları - əsgərindən ta generalınadək əsl vətənpərvərlik nümunəsi göstərmişlər. Onların arasında şəhidlik zirvəsinə yüksələnlər də olmuşdur.

Hərbçilərimizin sücaəti xalqımız tərəfindən dərin ehtiram hissilə qarşılanmışdır. Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin hər biri son mənzilə böyük izdihamın müşayiətilə yola salınmışdır.

Həmin günlərdə ordumuzun gücü bir daha özünü göstərmiş, Azərbaycan xalqının öz Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyi bir daha aydın nümayiş etdirilmişdir.

İyulun 13-də dövlət başçısı Təhlükəsizlik Şurasının iclasını keçirmiş və çıxış edərək erməni vandalizminin növbəti təxribatını dünya ictimaiyyətinə çatdırmışdır. Bildirmişdir ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: "Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq”.

Ermənistanın daxilində böhranlı vəziyyət yaşanır, çaxnaşmalar getdikcə çoxalır, hökuməti və əhalini daha dərin uçurumlara yuvarladır. Artıq orada adamlar da başa düşüblər ki, Ermənistan rəhbərliyinin onlara verdiyi vədlər boş söz imiş. Rəhbərlk isə öz yalanlarını ört-basdır etmək üçün camaatın diqqətini başqa səmtlərə cəlb etməyə çalışır. O cümlədən əhali arasında belə bir rəy formalaşdırmağa cəhd göstərir ki, guya Azərbaycan Ermənistanın ərazisinə hücumlar edir. Əlbəttə, bu, ağ yalandır və dünya ictimaiyyətini belə uydurmalara inandırmaq mümkün deyil. Ermənistan rəhbərliyi bunu görərək daha çox dəridən-qabıqdan çıxır, daha çox saxta məlumat yayır. Elə iyul ayında Tovuz istiqamətində törətdiyi təxribatlar da Azərbaycan tərəfinin üstünə yıxmaq cəhdləri buna aydın misaldır.

Ermənistan beynəlxalq arenada öz dayaqlarını getdikcə daha çox itirir. Ona görə də ölkəmizin nailiyyətlərini, dünyada qazandığı nüfuzu gözü götürmür. Xüsusilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, son vaxtlar aparıcı nüfuzlu təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi işğalçı ölkəyə ciddi zərbələr vurmuşdur.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixini, həm də Qarabağın, ümumiyyətlə, xalqımızın tarixini konkret faktlarla əsaslandırır və bununla erməni təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir.

İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident demişdir: "Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl - 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir”.

Sosial-iqtisadi həyatı böhran vəziyyətində olan, döyüş meydanında acizliyi təsdiqlənən, yalanlarına inanılmayan Ermənistan indi daha bir təxribat növünə əl atmağa cəhd edir. İnformasiya məkanında təxribatlar törətməyə can atır. Lakin əbəs yerə! Beynəlxalq ictimaiyyəti heç bir uydurma və yalanla çaşdırmaq mümkün deyil! Ermənilərin informasiya təxribatları törətmək istəkləri isə onların növbəti çirkin əməli, təcavüzkar siyasətinin daha bir təzahürüdür.

Kəmalə ŞÜKÜROVA,

Qax rayon Qeydiyyat şöbəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video