19 Avqust 2020 13:16
1097
Elm və texnika
A- A+

İmtahanlarda istifadə olunmuş test tapşırıqlarını DİM-in saytından əldə etmək mümkündür


Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 13-14-də keçirdiyi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını əldə etmək mümkündür.

DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının "Elektron xidmətlər” bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video