17 Avqust 2020 19:23
4342
CƏMİYYƏT
A- A+

Pəhriz məhsulları hər orqanizm üçün fərdi qaydada olmalıdır


Artıq çəkidən azad olmağın müxtəlif üsulları var. Şübhəsiz ki, bu sahədə idman məşğələlərlə yanaşı, diyetik yeməklərə üstünlük verilməsi də əsas və aparıcı yer tutur.

Diyetik yemək duz, şəkər və un məmulatlarından istifadə edilməməklə hazırlanır. Həmin yeməklərin hazırlanmasında xüsusi qida məhsullarından istifadə olunur. Məsələn, xörəklərin tərkibinə un məmulatı kimi yalnız yulaf və qarabaşaq unu daxil edilir.

Orqanizmə uyğun olan düzgün qida məhsullarının müəyyənləşməsi üçün mütəxəssislərə müraciət etmək vacibdir, çünki pəhriz məhsulları hər orqanizm üçün fərdi qaydada hazırlanır.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Diyetik yeməklərdən ibarət pəhrizə başlamamışdan əvvəl hormon və insulin çatışmazlığı analizləri ilə yanaşı, orqanizmin ümumi analizləri verilməlidir. Həmin analizlərə, eləcə də hər kəsin xəstəlik və fərdi keyfiyyətləri nəzərə alınmaqla pəhriz menyusu tərtib edilir. Məsələn, uşaqlar üçün, şəkərli diabet xəstələri, mədəsində qastrit olanlar və s. üçün fərdi menyular var”.

Arzuolunmaz çəkidən xilas olarkən mütləq sağlamlığın da qeydinə qalmaq tələb olunur. Əks təqdirdə orqanizm üçün təhlükə yaranmış olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video