14 Avqust 2020 22:11
820
SİYASƏT
A- A+

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri müzakirə olunub


Avqustun 14-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və sair sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu qeyd edilib. Azərbaycanda Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Bu xüsusda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi sahəsində Aİ ekspertləri cəlb edilməklə məlumat və təcrübə mübadiləsinin aparılması təklif olunub.

Görüşdə, həmçinin Aİ-Azərbaycan əməkdaşlığının gündəliyində duran bir sıra məsələlər, o cümlədən yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və əlaqələrin perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video