14 Avqust 2020 18:28
506
İQTİSADİYYAT
A- A+

Azərişıq rəsmisi: İşıq sayğaclarına kənar müdaxilə ilə bağlı iddialar əsassızdır


Son zamanlar sosial şəbəkələrdə iyunda enerji sərfiyyatının artıq göstərilməsi ilə bağlı şikayətlər gündəmə gəlir. Belə bir hal 2018-ci ildə də yaşanıb və araşdırılaraq məlumat verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli deyib.

O bildirib ki, "Azərişıq” ASC 2 milyon 700 mindən artıq abonentə xidmət edir. Onlardan 184 mini qeyri-əhalidir. Yay mövsümündə enerjidən istifadə hallarında artım müşahidə olunur. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən enerji artımı 407 milyon kilovatt/saat, 2019-cu ilin iyul ayında iyun ayına nisbətən 141 milyon kilovatt/saat enerji artımı, bu ilin ötən dövrü ilə müqayisədə isə 201 milyon kilovatt/saat enerji artımı qeydə alınıb.

V.Nəbibəyli qeyd edib ki, sayğaclara heç bir kənar müdaxilə edilmir. Sayğacların ölçü parametrlərini, o cümlədən, istehlak olunmuş elektrik enerjisi sərfiyyatı göstəricilərini dəyişmək mümkün deyil. İnformasiya sisteminə isə kənar müdaxilə müzakirə mövzusu ola bilməz. Hər bir abonent hesabat dövrü ərzində elektron və çap şəklində bildirişlər əldə edir. Burada hər bir sayğac üzrə istifadə olunmuş elektrik enerjisi göstəricisi təqdim olunur. Sayğaclara kənar müdaxilə ilə bağlı yayılan xəbərlər əsassızdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video