13 Avqust 2020 17:26
640
CƏMİYYƏT
A- A+

“Xəzər dənizinin ekoloji vəziyyəti: risklər və təkliflər” mövzusunda videokonfrans keçirilib


Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, maraqlı və məsul tərəflərin iştirakı ilə "Xəzər dənizinin ekoloji vəziyyəti: risklər və təkliflər” mövzusunda videokonfrans keçirilib.

Bunu AZƏRTAC-a nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti, "Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC və nazirlik yanında İctimai Şuranın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzərin ekoloji problemləri, görülmüş və görüləcək işlər, dənizin ekoloji mühitinə mənfi təsirlərinin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb: "Onlayn görüşdə aidiyyəti qurumların, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyətinin vacibliyi vurğulanıb, Xəzərin çirklənmədən qorunması məsələsinin gündəmdə saxlanılması, konkret tədbirlərin görülməsi və cavabdeh məsul tərəflərlə mütəmadi fikir mübadiləsinin aparılması qərara alınıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video