13 Avqust 2020 14:38
574
DÜNYA
A- A+

Türkiyənin Ədalət və İnkişaf Partiyasının yaranmasından 19 il ötür


Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 19 illiyi qeyd olunur. Bu münasibətlə Ankarada AKP-nin vilayət partiya təşkilatlarının sədrlərinin toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxış edib. Ədalət və İnkişaf Partiyası hakimiyyətinin Türkiyə həyatına gətirdiyi yeniliklərdən bəhs edən dövlət başçısı əminliklə bildirib ki, iqtisadi inkişaf, əhalinin rifahının yüksəlişi, beynəlxalq mövqelərin möhkəmlənməsi, xarici siyasətin dəyişməzliyinin qorunması bundan sonra da davam edəcək.

Türkiyənin heç bir ölkənin haqqında gözü olmadığını diqqətə çatdıran Prezident vurğulayıb: "Biz heç bir haqqımızın və hüququmuzun pozulmasına imkan verməyəcəyik. Türkiyə Aralıq dənizindəki özünün ərazi sularına sahib çıxmaqda israrlıdır və bu məsələdə heç kimə güzəşt edilməyəcək”.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və digər dövlət başçıları ilə davamlı təmasda olduğunu ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin xarici siyasətinin təməlini dialoq və danışıqlar təşkil edir.

Yeni tip koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərindən bəhs edən dövlət başçısı əhaliyə müraciət edərək bildirib ki, maska taxmaq, təmizlik və sosial məsafə qaydalarına əməl etmək vətəndaşlıq məsuliyyətidir. İnfeksiyadan qorunmaq yeni sosial həyatın tələbləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video