12 Avqust 2020 13:15
846
Mədəniyyət
A- A+

Respublika Gənclər Kitabxanası “Dünya şöhrətli azərbaycanlılar” aksiyasına start verib


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Dünya şöhrətli azərbaycanlılar” aksiyasına start verib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, artıq qurumun sosial şəbəkə səhifələrində ümummilli lider Heydər Əliyev, fizika-riyaziyyat elmləri doktoru, akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Ələsgərzadə, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, Müslüm Maqomayev, Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu, əvəzolunmaz violençel ifaçısı və dirijor Mstislav Rostropoviç, məşhur caz ifaçısı Vaqif Mustafazadə, Xalq artisti Zeynəb Xanlarova, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov və digər tanınmış şəxsiyyətlər barədə videoçarxlar və virtual sərgilər hazırlanıb. Bütün bu adı çəkilən materiallar kitabxananın əməkdaşları tərəfindən geniş araşdırmalar, dəqiq faktlar əsasında ərsəyə gətirilib. Videoçarx və virtual sərgilərin əsas məqsədi bu və ya digər görkəmli şəxslər haqqında yalnız məlumat vermək deyil, həmçinin bu insanların beynəlxalq aləmdə tanınması və Azərbaycanımızı tanıtması haqda məlumatlar sərgiləməkdir.

İstifadəçilər sözügedən materialları kitabxananın "Instagram” və "Facebook” səhifələrindən izləyə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video