11 Avqust 2020 10:29
647
DÜNYA
A- A+

İndoneziyada Sinabunq vulkanı püskürüb


İndoneziyanın Sumatra adasının şimalında yerləşən Sinabunq vulkanı 5 kilometr hündürlüyə kül püskürüb.

AZƏRTAC "The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, son 3 gündə bu, vulkanın dördüncü püskürməsidir.

Yerli Vulkanologiya Mərkəzinin yaydığı məlumata görə, son gündə vulkan iki dəfə püskürüb. Vulkan birinci dəfə 5 kilometr, ikinci dəfə isə 2 kilometr hündürlüyə kül püskürüb. Qəzetin məlumatına əsasən, vulkan püskürməsi zamanı heç kim xəsarət almasa da, o, yerli sakinləri və hakimiyyət orqanlarını ehtiyatlı davranmağa məcbur edib. Yerli əhali qalın kül qatına görə işlərini dayandırmağa məcbur olub.

Vulkanoloqların bildirdiyinə görə, yaxın sutka ərzində yeni püskürmə gözlənilir. Buna görə də hakimiyyət orqanları əhalini ehtiyatlı davranmağa çağırır.

Əlavə olaraq qeyd edək ki, Sinabunq vulkanı son 400 ildə ilk dəfə 2010-cu ildə püskürüb. 2014-cü və 2016-cı illərdə baş verən növbəti püskürmələr zamanı 23 nəfərin həyatını itirdiyi də bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video