10 Avqust 2020 15:00
606
DÜNYA
A- A+

Türkiyədə COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı yoxlamalar keçiriləcək


Avqustun 11-də ölkədə yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin 81 vilayətində "Sağlamlıq üçün, hamımız üçün” şüarı altında genişmiqyaslı yoxlamalar aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yoxlamaların aparılacağı barədə ölkənin bütün aidiyyəti qurumlarına xəbərdarlıq göndərilib.

Yoxlamalar çərçivəsində əhali arasında ölkədə postpandemiya dövrünün ilk mərhələsi olan "Nəzarətli sosial həyat”, sosial məsafə və maskataxma qaydalarına riayət edilməsinə nəzarət gücləndirikəcək.

Yoxlamaların keçirilməsində əsas səbəb son günlər Türkiyədə COVID-19-a yoluxanların sayının artmasıdır.

Yoxlamalar kafe, restoran, otel, alış-veriş mərkəzləri olmaqla ölkənin bütün sosial sahələrini əhatə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video