10 Avqust 2020 13:58
607
DÜNYA
A- A+

Livan hökumətinin ikinci naziri də istefa verib


Livanın Ətraf Mühit və Administrativ İnkişaf naziri Damianos Kattar avqustun 9-da postunu tərk edib.

AZƏRTAC bu barədə "Lebanon 24” telekanalına istinadla xəbər verir.

"Sistemin mexanizmləri çoxdan köhnəlib, məhsuldarlığını itirib və çox imkanları əldən buraxıb. Mən partlayış nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə, həmçinin xəsarət alanlara həmrəylik nümayiş etdirərək öz postumu tərk edirəm”, - deyə nazir istefasının səbəbini izah edib.

Qeyd edək ki, Damianos Kattar son günlər öz postunu tərk edən ikinci nazirdir. Bir müddət öncə avqustun 9-da Livanın İnformasiya naziri Manal Əbdül Səməd də istefaya getdiyini bəyan etmişdi. O, qərarını Beyrut limanında baş verən partlayışla əlaqələndirmişdi.

Onların ardınca ölkənin İqtisadiyyat və Ətraf Mühit nazirləri də istefa vermək niyyətində olduqlarını elan ediblər. Bundan sonra Livanın hökumət başçısı Həsən Diab yaranan vəziyyətin müzakirəsi üçün kabinetin təcili iclasını çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video