09 Avqust 2020 00:41
1105
CƏMİYYƏT
A- A+

Şahmar MÖVSÜMOV: “Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır”

Sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar tədricən atılır. Tədricən aparılan yumşaldılmalar bir sıra xarici ölkələrin də təcrübəsinə uyğundur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

"Lakin bu yumşalma ilə bağlı addımlar atıldıqca yoluxma riskləri daha da artır. Digər ölkələrin təcrübəsi də göstərir ki, açılmalardan sonra yoluxma halları yenidən artır və yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilir”, - deyə Prezidentin köməkçisi bildirib.

Azərbaycanda da sərt karantin rejiminin yumşaldılması ilə bağlı tədricən addımların atılacağını söyləyən Şahmar Mövsümov təəssüflə qeyd edib ki, bu yumşaldılmalar ölkəmizdə də yoluxma hallarının yenidən artacağı ehtimalını artırır. "Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi, tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu, ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək, virusun yayılma sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır”,- deyə Şahmar Mövsümov vurğulayıb.

* * *

Əgər virusun yayılma sürətini aşağı salsaq, yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq. Bu da, əlbəttə ki, ilk növbədə hər birimizdən asılıdır. Çünki ilk növbədə qaydalara əməl etsək, tibbi maska taxsaq, sosial məsafə saxlasaq, virusun yayılma sürətini aşağı sala bilərik. Əgər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

"Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada virusla mübarizə davam etməsin. Azərbaycan da daxil olmaqla hələ ki, heç bir ölkə virusa qalib gəlməyib. Yəni virus bizim aramızdadır. Biz sərtləşdirilmiş karantin rejimi və insanların məsuliyyətli davranışı nəticəsində yoluxma sayını aşağı sala bilmişik. Əlbəttə ki, bu karantin rejimi hər birimiz üçün əziyyətlidir. Hər bir vətəndaşımız, hökumətimiz, sahibkarlarımız bundan əziyyət çəkir. Lakin buna məcburuq. Birlikdə çalışıb əldə etdiyimiz nəticələri qorumalıyıq”,- deyə Şahmar Mövsümov vurğulayıb.

* * *

Növbəti həftədə, təxminən avqust ayının 17-si ərəfəsində kafe və restoranların açıq hissələrində fəaliyyətin bərpa olunması müzakirə edilir. Həmçinin növbəti mərhələlərdə ölkədaxili gediş-gəlişin bərpası müzakirə edilən məsələlər siyahısındadır.

Prezidentin köməkçisi qeyd edib ki, atılacaq addımların əsas şərti sanitar - epidemioloji vəziyyətdir. Əgər yoluxma hallarının sayı azalan templə getsə, o zaman nəzərdə tutulan yumşaldılmalara gediləcək. Lakin bu azalma tempini qorumaq mümkün olmasa, o zaman bu yumşaldılma ilə bağlı qərarlar təxirə salınacaq.

* * *

Naxçıvan Muxtar Respublikasına reyslər tədricən açıldı və bu reyslərin artırılması ilə bağlı müzakirələr gedir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video