08 Avqust 2020 13:55
643
İQTİSADİYYAT
A- A+

Rövşən Nəcəf: Maliyyə dəstəyi paketini ilk olaraq vergiödəyiciləri alacaqlar


Maliyyə dəstəyi paketini ilk olaraq vergiödəyiciləri alacaqlar. Çünki onlar dövlətimizin başçısının çağırışlarına əməl edərək vergiödəyicisi kimi borclarını yerinə yetirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, vergiödəyicisi kimi yardım alanlara ştat sayına uyğun olaraq aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək. 250 manat isə daha çox zərərçəkən kiçik fərdi sahibkarlara veriləcək.

Nazir müavini qeyd edib ki, müraciət edən vergiödəyicilərinin sayı 29 mindən çox olub. 215 min işçini əhatə edən 98 milyon manat ödənişlər edilib. Ödənişin məbləği aylıq əməkhaqqı fondundan asılı olaraq müəyyən olunub. Kiçik fərdi sahibkarların müraciət sayı isə 107 min olub. Onlara 63,6 milyon manat yardım ödənilib.

"İkinci mərhələdə eyni sahibkarlara dəstək göstərilməsi nəzərdə tutulub. İlk dəfə müraciət edib yardım alanlar ikinci dəfə müraciət etmədən bu dəstəyi alacaqlar. İlk dəfə müraciət etməyənlər isə avqustun 10-dək müraciət edə bilərlər", - deyə R.Nəcəf vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video