08 Avqust 2020 13:32
1260
Təhsil
A- A+

Təhsil naziri ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videogörüşdə Təhsil naziri Emin Əmrullayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ali təhsil müəssisələri ilə bağlı qarşıya qoyulan tapşırıqlara xüsusi diqqət çəkib.

Qeyd edilib ki, təhsilimizin əsas fəaliyyət istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Ali təhsil müəssisələri tərəfindən ehtiyac duyulan sahələr üzrə mütəxəssislərin hazırlığının vacibliyinə, müasir dövrün yeni ixtisaslarına diqqət yetirilməli və gələcəkdə müxtəlif peşələr üzrə yaranması proqnozlaşdırılan ehtiyaclar dərindən təhlil edilməlidir.

Nazir, həmçinin vurğulayıb ki, ölkəmizdə mütəxəssis hazırlığı Dördüncü Sənaye İnqilabının tələbləri, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması ilə ayaqlaşmalı və rəqabətqabiliyyətli kadrlar hazırlığına xüsusi diqqət artırılmalıdır.

Görüşdə, eyni zamanda, dayanıqlı və şəffaf keyfiyyət təminatı proseslərinin müvafiq hədəflərə nail olunmasında xüsusi rolu vurğulanıb və geniş ictimaiyyətin bu prosesə cəlb edilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, ölkə başçısının müvafiq Fərmanı ilə keçən ilin sonunda yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu prosesdə təhsil müəssisələrinə zəruri dəstək göstərəcəyi bildirilib.

Görüşdə ali təhsil müəssisələrində pandemiya şəraitində yeni tədris ili üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər də müzakirə edilib və təkliflər dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video