08 Avqust 2020 12:05
375
SİYASƏT
A- A+

Prezidentin köməkçisi: Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib


Əgər virusun yayılma sürətini aşağı salsaq yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq. Bu, da əlbəttə ki, ilk növbədə hər birimizdən asılıdır. Çünki ilk növbədə qaydalara əməl etsək, tibbi maska taxsaq, sosial məsafə saxlasaq virusun yayılma sürətini aşağı sala bilərik. Əgər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

"Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada virusla mübarizə davam etməsin. Azərbaycan da daxil olmaqla, hələ ki, heç bir ölkədə virusa qalib gəlməyib. Yəni, virus bizim aramızdadır. Biz sərtləşdirilmiş karantin rejimi və insanların məsuliyyətli davranışı nəticəsində yoluxma sayını aşağı sala bilmişik. Əlbəttə ki, bu karantin rejimi hər birimiz üçün əziyyətlidir. Hər bir vətəndaşımız, hökumətimiz, sahibkarlarımız bundan əziyyət çəkirik. Lakin buna məcburuq. Birlikdə çalışıb əldə etdiyimiz nəticələri qorumalıyıq”,- deyə Şahmar Mövsümov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video