Alternative content

04:13 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi
Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
02:02 05.08.2020


Dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi Ulu Öndər Heydər Əliyevin 1969-cu il 5 avqust tarixli plenumundakı məruzəsinin əsas prinsipi idi


Min illərin təcrübəsi sübut edir ki, hər bir xalqın, millətin inkişafında tarixi şəxsiyyətlərin rolu danılmazdır. Bugünümüzdən keçmişə boylanarkən də vaxtilə dövrün, zamanın fövqündə durmağı bacaran insanlarsız tarixi təsəvvür etməyin mümkün olmadığı qənaətinə gəlirsən. Azərbaycan tarixinə də belə şəxsiyyətlərin adı yazılıb. Onların arasında Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var.

Ulu Öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra xalqımızın tarixində yeni bir səhifə açıldı ki, hər kəlməsində bir fikir, bir niyyət ifadə olunurdu: haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması.

Bu mənada 1969-cu ilin 5 avqust tarixli plenumu və Ümummilli Liderin məruzəsi ovaxtkı sovetlər birliyində, eləcə də SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında mühüm, diqqətçəkən bir hadisəyə çevrilmişdi. Plenumun gündəliyində duran məsələ "V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi haqqında” adlanırdı. Lakin respublikaya yenicə rəhbər seçilən Heydər Əliyevin məruzəsi daha çox başqa məsələləri əhatə edirdi. Burada xüsusən sovet cəmiyyətindəki uğurlardan deyil, çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları və şahidlərinin fikirləri təsdiqləyir ki, bu, bütünlüklə Sov.İKP-nin və SSRİ-nin tarixində "proletariatın dahi rəhbəri”nə həsr olunmuş yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi: "...Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qarşısında secmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar”.


Məşhur avqust plenumu xarici mətbuatda


Bu mövzuda xarici mətbuatın həmin günlərdə yazdıqları maraq doğurmaya bilməzdi. "Röyter” agentliyi 11 avqust 1969-cu il tarixində yazırdı: "Ötən ay Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbər seçilən bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək vəzifəli şəxslər arasında korrupsiya və mənəvi durğunluq halları barədə qeyri-adi bəyanat səsləndirib...”

"Azadlıq” radiosunun rus dilində 12 avqust 1969-cu il buraxılışından isə səsləndirlən fikirlərə diqqət ayırsaq, Ulu Öndərin hakimiyyətinin ilk günlərindən Vətən sevgisini bir anda hiss etmiş olarıq: "...Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan SSR-in bir sıra məsul dövlət və partiya işçisinin rüşvətxorluq və əxlaqazidd hərəkətlərini ifşa eləyən bəyanatla çıxış etmişdir... O, günahkarların ifşa olunmasını və rüşvətxorluqla amansız mübarizə aparılmasını tələb etmişdir. Bundan başqa, Əliyev təsdiqləmişdir ki, Azərbaycan SSR-in bir çox məsul əməkdaşı qohumbazlıqla vəzifəyə yiyələnib”.

"Morninq star” qəzeti 12 avqust 1969-cu il tarixli sayında yazırdı: "Cənab Əliyev bəzi vəzifəli şəxslərin mənəviyyatsızlığını və özünüaparma qaydalarının pozulmasını kəskin tənqid etmişdir... O, respublikada idarə üsulunu, kadrların seçilərək yerləşdirilməsini kəskin tənqid etmişdir...”

Türkiyənin "Yeni həyat” qəzeti də 30 avqust 1969-cu il tarixli sayında həmin plenuma münasibət bildirməyi unutmamışdı: "...Güman edirlər ki, Azərbaycandakı mövcud vəziyyətin bu cür şərh olunması üçün... Moskvanın razılığı alınmışdır. Çünki N.S.Xruşşov dövründən bəri ilk dəfə belə yüksək mənsəb sahibi olan bu qədər şəxsə qarşı belə ağır ittiham səsləndirilmişdir...”

Xarici ölkə mətbuatından da göründüyü kimi, hələ o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev "Qoy, ədalət zəfər çalsın!” prinsipindən çıxış edərək qanuna, hüquq qaydalarına əməl olunmasını əsas amil kimi götürərək ardıcıl tədbirlər həyata keçirməyə başlamışdır. Ümummilli Lider sovet qanunlarının sərtliyinə baxmayaraq, öz xalqının hüquqları uğrunda mübarizə aparmış, bir sözlə, haqqı nahaqqa qurban verməmiş, mütərəqqi fikirli ziyalıları təqiblərdən qoruyub saxlaya bilmişdir.

Tarixə çevrilən 5 avqust 1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi həyatında bir dönüş yaratdı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma hiss olundu, korrupsiya ilə mübarizə dönməz xarakter aldı. Hamı o illərdə lentə alınan, həmin ab-havanın məhsulu olan "İstintaq” filmini xatırlayır, cəmiyyətin hansı qanunlarla idarə olunduğunu yaxşı bilir.


Ümummilli Lider respublikanın gələcəyini təhsilli, vətənpərvər gənclərdə görürdü


Həyata keçirilən islahatlar içərisində ən vacibi elmin və təhsilin inkişafı ilə bağlı idi. O illərdə ali məktəblərə qəbul zamanı baş verən neqativ halların aradan qaldırılması, istedadlı gənclərin keçmiş İttifaqın ayrı-ayrı ali məktəblərinə göndərilməsi üçün bütün vasitələrdən istifadə edən Ümummilli Lider respublikanın gələcəyini təhsilli, vətənpərvər gənclərdə görürdü.

Yeri gəlmişkən, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi də Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində mümkün olmuşdu.

Aradan illər ötsə də, bugünkü uğurların həmin dövrdən başlayaraq, özü də necə çətinlik və əziyyətlə qazanıldığını görmək olar. Aforizmə çevrilmiş bir fikir var: dünən, bu gün və sabah - hər biri o birinə dayaq və arxa, bir-birinə səbəb və nəticədir. Bu mənada hər bir kəsin vəzifəsi həmin əbədi prosesi qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.

Heydər Əliyevin siyasi hakimiyyətinin ilk dövrü Azərbaycanın iqtisadi və sosial sahələrdə inkişafı, kənd təsərrüfatı və sənayedə islahatlar, ölkənin güclü inkişafının təməlinin qoyulduğu mərhələ kimi xarakterizə olunur.

Gizli deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin ölkənin sabahı naminə peşəkar kadr kimi yetişməsi üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Həmin illərdə respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Heydər Əliyev bu fəaliyyəti ilə həm də gələcək müstəqil Azərbaycanın möhkəm özülünü, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının əsasını qoymuşdur.


Prinsipial mövqe, cəsarətli addımlar…


Təcrübəli dövlət xadimi kimi rüşvətxorluq və korrupsiya hüquqpozmalarının iqtisadiyyata, bütövlükdə ölkənin inkişafına zərərli təsirini yaxşı bilən Heydər Əliyev siyasi hakimiyyətə gəlişinin ilk vaxtlarından bu istiqamətdə ciddi mübarizəyə başlamışdır. Ulu Öndərin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması istiqamətində köklü işlər görüldü. Heydər Əliyev sovet hakimiyyəti dövründə mövcud olan neqativ halların, xüsusilə də rüşvətxorluğun aşkar edilməsində və ona qarşı mübarizə aparılmasında daim cəsarətli addımlar atmışdı.

Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz xarakter aldı.

Ulu Öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini deməkdən çəkinmirdi. Bu baxımdan, onun 1981-ci il dekabrın 19-da "Literaturnaya qazeta”da dərc olunmuş məşhur "Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsini xüsusi xatırlatmaq lazımdır. Ulu Öndər 2000-ci ilin 22 iyulunda həmin dövrü xatırlatmış və bildirmişdir ki, məhz həmin müsahibədən dərhal sonra böyük sensasiya yaranmışdır: "Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub. İstəsəniz, axtarın, tapın, oxuyun”.


Hamı onun zəngin, tükənməz və dövlət idarəçiliyi istedadına heyran idi


Azərbaycan rəhbərinin rüşvətxorluğa qarşı mübarizəsi haqqında məlumat alan Sov.İKP MK-nın baş katibi L.Brejnev xüsusi olaraq bu məsələ barəsində Heydər Əliyevlə söhbət edir. Heydər Əliyev onu inandırır ki, belə hallar var: "Həmin 80-70-ci illərdə Azərbaycan bütün müxtəlif respublikalar arasında hər cəhətdən çox yaxşı olması ilə seçilirdi, özü də təkcə iqtisadi göstəricilərinə görə yox. Ancaq o vaxtlar Sovet İttifaqında belə hallar olduğunu etiraf etməyə qorxurdular. Mən isə elan etdim ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır, yəni Azərbaycan açıqlıq baxımından, aşkarlıq baxımından müsbət mənada fərqlənirdi”.

Heydər Əliyevin ozamankı prinsipial və barışmaz mübarizəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın bəzi rayonlarında neqativ halların aradan qaldırılması üçün ciddi tədbirlər görüldü, onların iqtisadiyyata vurduğu zərərli nəticələr aradan qaldırılmağa başlandı. Böyük mənimsəmələr və digər sui-istifadə halları haqqında Azərbaycan KP MK-nın həyata keçirdiyi tədbirlər 10 dekabr 1975-ci il tarixli qərarda göstərilirdi. Bundan sonra cinayətkarlığa qarşı mübarizə ardıcıl həyata keçirilən siyasətə çevrildi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin həm də 1982-1987-ci illərini əhatə edir. Nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Ulu Öndər az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM