Alternative content

20:43 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
ANA SƏHİFƏ / SİYASƏT
10:57 31.07.2020
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN-dən AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir:

"Avqustun 1-i Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü günüdür. 45 ildən sonra Akt və orada təsbit olunmuş dövlətlərarası münasibətləri idarə edən on prinsip qaydalara əsaslanan Avropa nizamının təməli kimi qalmaqdadır. Onlar heç bir şəkildə yenidən müzakirə, baxılma və ya şərh edilmə mövzusu ola bilməz.

Dövlətlərin bir-birinin və onların vətəndaşlarına münasibətini tənzimləyən on prinsip, gərginliyin azalmasında əvəzsiz rol oynadı və bütün dövlətlərin bir-birinin suverenliyinə, xüsusilə də hər bir dövlətin hüquqi bərabərlik, ərazi bütövlüyü, azadlıq və siyasi müstəqillik hüququna hörmət etməli olduğu ATƏT məkanında əməkdaşlıq və bölünməz bir təhlükəsizlik üçün zəmin yaratdı.

Yekun Aktı ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə qarşı təhdid və ya gücdən istifadə edilməməsini dövlətlərarası münasibətlərin əsası kimi müəyyən edir.

Akt ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini elə kodlaşdırır ki, bu prinsiplərin ərazi bütövlüyü təməl normasının əsasında formalaşdığı və buna görə də beynəlxalq hüquq çərçivəsində bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğu vurğulanır. Akt dövlətlərin ərazilərini beynəlxalq hüquq normalarına zidd olaraq hərbi işğal obyekti və ya digər birbaşa, yaxud dolayı güc tədbirləri və ya belə tədbirlər vasitəsilə ərazilərin əldə edilməsini qadağan edir. Helsinki Yekun Aktına əsasən heç bir işğal və ərazilərin əldə edilməsi qanuni qəbul edilmir.

Helsinki Yekun Aktının on prinsipi bir-birini tamamlayır və onlar bir-birini nəzərə almaqla tam, bərabər və qeyd-şərtsiz tətbiq olunmalıdır. Səbəbsiz deyildir ki, Akt bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq hüququn normalarına, xüsusən də dövlətlərin ərazi bütövlüyünə hörmət ilə birmənalı olaraq şərtləndirir.

Helsinki Yekun Aktının təməl prinsiplərinin xüsusilə münaqişənin həlli kontekstində yanlış şərh edilməsi və ya selektiv şəkildə tətbiqi, münaqişənin nizamlanmasına mane olur və ATƏT məkanına inam və etimadın pozulmasına gətirib çıxarır. Bu kontekstdə təməl prinsiplərinin tətbiqində ikili standartların hər hansı təzahürünün aradan qaldırılması hər zamankından daha vacibdir. ATƏT dövlətləri tərəfindən tənzimlənən bütün münaqişələr, istisnasız olaraq, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, zərərçəkmiş dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həll edilməlidir.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə ilə üzləşmişdir və buna görə də ATƏT-ə, xüsusən də Helsinki Yekun Aktında əksini tapmış prinsip və öhdəliklərə xüsusi əhəmiyyət verir. Bu Akt 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əsas təşkil edir.

Azərbaycan Respublikası Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümünü təntənəli şəkildə yad edir, öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını bərpa etmək səylərində Akta güvənməkdə davam edir. Azərbaycan Helsinki Yekun Aktının bu fundamental prinsiplərinin müdafiəsində ATƏT-in iştirakçı dövlətlərinin dəstəyinə və həmrəyliyinə arxalanır”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM