Alternative content

13:01 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Say 10-a çatdı
Say 10-a çatdı
ANA SƏHİFƏ / Səhiyyə
03:38 31.07.2020


Modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusla mübarizədə mühüm əhəmiyyət kəsb edir


Yeddi aydır Yer kürəsində tüğyan edən yeni tip koronavirusla dünyanın qlobal miqyasda mübarizəsi davam edir. Müxtəlif profilaktik, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, COVID-19-a yoluxma hallarının sayı sürətlə çoxalmaqdadır. Təkcə son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb.

Hazırda dünyanın ümumi koronavirus mənzərəsi mürəkkəbdir: bəzi yerlərdə virus çox aqressiv şəkildə yayılır, bəzi ölkələrdə yeni yoluxma hallarının sayı azdır, epidemiyaya qalib gəlməsi güman edilən bəzi ölkələrdə isə yeni yoluxma ocaqları yaranır. Zəruri nəzarət tədbirləri görülən yerlərdə virusa qalib gəlmək mümkün olub, amma belə tədbirləri ləğv edən ölkələrdə isə virus geri qayıdıb. Səbəb isə məlumdur - virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən, maska taxılmayan və məsafə saxlanılmayan yerlərdə yayılır. Koronavirusun yayda yox olacağı fikri də təsdiqini tapmadı. Yayın ikinci ayının da yüksək yoluxma tempi ilə bitdiyini nəzərə alsaq, deməli, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Kütləvi vaksinasiya həyata keçirilənə qədər virusun yayılma sürətini azaltmağın bir effektli yolu qalır - o da karantin rejimi.

Əksər ölkələr kimi, Azərbaycan da bu mübarizə üsulundan istifadə edərək COVID-19 pandemiyası ilə savaş aparır. Ölkəmiz ilk gündən gözəgörünməz düşmənlə mübarizədə sayıqlığı əldən vermədi. Virus hələ ölkəmizin sərhədlərinə yaxınlaşmazdan öncə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlara start verildi.

Ölkəmizdə qlobal böhranın aradan qaldırılması istiqamətində müxtəlif sahələrdə görülən tədbirlərin nəticəsində bu gün virusla mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır.

Dövlətin bu istiqamətdə atdığı mühüm addımlar infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təmininə yönəlib.


Daha dörd modul tipli xəstəxananın açılışı oldu


Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində atdığı addımlar sırasında modul tipli xəstəxanaların yaradılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu səhiyyə ocaqlarının istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayı ehtiyatı yaranır. Bu da koronaviruslu xəstələrin müalicəsi istiqamətində səhiyyənin imkanlarını daha da genişləndirir.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb ki, onlardan da bir neçəsi artıq istifadəyə verilib.

İyulun 29-da isə daha dörd modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda, İsmayıllı, Qəbələ və Şəkidə inşası başa çatmış modul tipli xəstəxanaların açılışında iştirak edib, orada yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına Qobustanda və İsmayıllıdakı modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilərkən bildirilib ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz edilib. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür.

Bu korpuslar zərurət olmadıqda - yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün - məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.

Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana da 100 palatadan və 200 çarpayı yerindən ibarətdir. Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb. Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.

Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində də modul tipli xəstəxananın açılışına qatılıb və kompleksdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.


Türkiyənin tibb mütəxəssisləri Azərbaycandadır


Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq yeni növ koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup tibb mütəxəssisi Azərbaycana dəvət edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş Türkiyənin "Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunublar. Koronavirusla mübarizə sahəsində çalışmış və xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksəkixtisaslı həkim və tibb işçiləri "Yeni Klinika”da olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.

COVID-19 virusu haqqında bilik və təcrübənin artması üçün tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm olaraq həm əhalinin tibbi savadının artırılması, həm də həkimlər və orta tibb personalının peşəkar bacarıqlarının inkişaf etdirilməsi infeksiya ilə mübarizədə mühüm rol oynayır. Eyni zamanda COVID-19 pandemiyası zamanı infeksiyanın daha geniş yayılmasının qarşısını almaq məqsədilə bütün sahələrdə rəqəmsal texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə distant təhsil imkanlarını yaradıb, genişləndirmək üçün www.ecourses.az distant təlim kursları platforması yaradılaraq, istifadəyə verilib. Hazırda bu onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlıdır. Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb.


Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələyib


Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirir. Pandemiyadan minimum itkilərlə çıxmaq üçün bütün sahələr və qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bu da məhdudiyyətlərin tətbiqinin, karantinin sərtləşdirilməsinin düzgün qərar olduğunu deməyə əsas verir. Son zamanlar virusla mübarizədə müsbət dinamika əldə olunub, yoluxma hallarının ikiqat artımının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib, əvvəlki mənfi tendensiya aradan qalxıb. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələyib. Aktiv koronavirus xəstələrinin sayı 6200-dən aşağı düşüb. Koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin də sayı azalıb.

Koronavirus.info saytının məlumatına görə, iyunun ortalarından etibarən ən az yoluxma halı məhz 20-26 iyul tarixlərdə qeydə alınıb. Sağalanların sayına gəlincə, hazırkı dövrədək ən çox sağalma halı 13-19 iyul tarixlərdə olub. İyulun 13-dən 19-dək və iyulun 20-dən 26-dək olan həftələrdə sağalma halları yoluxma hallarını üstələyib. Hər iki həftə üzrə müvafiq olaraq 3480 yoluxma, 3874 sağalma və 2529 yoluxma, 3717 sağalma qeydə alınıb.

Hazırda vətəndaş olaraq üzərimizə düşən öhdəlik gərgin səylər nəticəsində əldə olunmuş bu müsbət tendensiyanı qoruyub, daha da yaxşı nəticələrin qazanılmasına dəstək verməkdir. Bunun üçün də tətbiq olunan karantin qaydalarına anlayışla yanaşaraq ona əməl etmək, maska taxmaq və sosial məsafəni qorumaq kifayətdir. Bu bəladan qurtulmağın bir yolu da vətəndaş-dövlət həmrəyliyindən keçir. Yalnız bu halda koronavirusla mübarizədən qalib çıxa bilərik.

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM