Alternative content

20:40 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurban kəsmək Allaha xoş olan əməldir
Qurban kəsmək Allaha xoş olan əməldir
ANA SƏHİFƏ / Mədəniyyət
03:32 31.07.2020


Qurban kəsmək Məkkədə həcc ziyarətində olan zəvvarlar üçün vacibdir, qalan müsəlmanlar üçünsə müstəhəb əməldir. Qurbanı yalnız imkanlı şəxslər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.

Qurbankəsmə mərasiminin tarixi qədim dövrlərə gedib çıxır. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. Hər üç səmavi dində - iudaizm, xristianlıq və islamda bu və ya digər formada qurbankəsmə ayini var. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə yeni səhifə açmış, Allahın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoymuşdur.

Qurban bayramı İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatdan qaynaqlanır. Həmin əhvalat Qurani-şərifdə əksini tapmışdır. Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir, əhvalı pozulur. Bir ata kimi özü də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu isə yerinə yetirilməlidir. İbrahim peyğəmbər sevimli oğlunu qurban kəsmək istəyəndə isə nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (Quran, Saffat, 104-105).

Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı sınağa çəkirdi və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...

Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-Təala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya sədaqətini və qəlbən bağlılığını, Onun buyruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən, Allah-Təala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl məxluqun - insanın bütün məxluqlardan uca olduğunu bəndələrinin nəzərinə çarpdırdı.

Belə bir məqamı vurğulamaq lazımdır ki, qurban kəsmək Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsməklə Yaradana sədaqətini nümayiş etdirir. Elə "qurban” sözünün hərfi mənası (yaxınlıq, yəni Allaha yaxınlıq) da buna dəlalət edir. Müqəddəs kitabımızda deyilir: "Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)” (Quran, Həcc, 36-37).

Qurban kəsmək Məkkədə həcc ziyarətində olan zəvvarlar üçün vacibdir, qalan müsəlmanlar üçünsə müstəhəb əməldir. Qurbanı yalnız imkanlı şəxslər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.

Qurban yalnız qoyun, keçi, dəvə və inəkdən kəsilməlidir. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Qurban əti, adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz Məhəmməd Salavatullah Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış...

İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını, qismən də olsa, ödəməsi xeyirxahlıq təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət edir.

Bu il Qurban bayramını koronavirus kimi ümumbəşəri bəlanın tüğyan etdiyi şəraitdə qeyd edirik. Odur ki, vətəndaşlar virusa yoluxmamaq üçün səlahiyyətli hökumət orqanlarının müəyyənləşdirdiyi qaydalara riayət etməlidirlər.

Uca Tanrı kəsəcəyimiz qurbanları qəbul eləsin! Gələn il Qurban bayramını Qarabağda qeyd edək, inşallah!

Allahverdi MEHDİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM