Alternative content

18:06 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ana dilinin inkişafı dövlətin prioritet istiqamətlərindəndir
Ana dilinin inkişafı dövlətin prioritet istiqamətlərindəndir
ANA SƏHİFƏ / Mədəniyyət
03:31 31.07.2020


"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir”.

İlham ƏLİYEV


Dünyanı başına götürmüş COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bu il də ictimaiyyət tərəfindən ölkəmizdə qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli sərəncamı ilə avqustun 1-dən respublıkada kril qrafikasından latın qrafikasına keçilmişdir. Milli varlığımızın əsas atributlarından olan ana dilimizlə bağlı bu tarixi gün yer üzündə yaşayan hər bir azərbaycanlı və Azərbaycanı sevənlər üçün əziz və əlamətdardır. Dil millətin milli birliyini təmin edən əsas amillərdəndir. Xalqlar işğala məruz qalanda onların dili də yad təsirlər altına düşür. Hazırda istifadə etdiyimiz latın əlifbasından ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin sovet hakimiyyətinin işğalçılıq siyasəti nəticəsində milli dövlətçiliyimiz kimi, bu əlifba da repressiyaya uğrayıb. Beləliklə, imperiyanın məkrli siyasəti sayəsində 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Azərbaycan xalqı ikinci dəfə 1991-ci ildə öz tarixi müstəqilliyinə sahib çıxandan sonra onun dili də azadlığa qovuşub.

XX əsrdə Azərbaycanda üç dəfə əlifba dəyişdirilib: 1929-cu ildə ərəbdən latına, 1939-cu ildə latından kirilə, 90-cı illərdə yenidən kirildən latına. Azərbaycan xalqı kimi heç bir xalqın, heç bir millətin bir əsrdə üç dəfə əlifbası dəyişdirilməyib. Qeyd etdiyimiz kimi, ərəb əlifbasından (1929) latın qrafikasına və nəhayət, kiril əlifbasına (1939) keçid bir-birinin yazısını oxuya bilməyən nəsillər arasında uçurumun yaranmasına səbəb olmuşdu. Sovet dönəmində imperiya qüvvələri millətimizin bu yaddaş kodunu sındırmaqla, zəiflətməklə millətin dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin, bir sözlə, milli-mənəvi xəzinələrinin üstünə qara pərdə çəkmək istəyirdi. Bu zaman minlərlə Azərbaycan ziyalısının səsinə səs verən xalq şairi Süleyman Rüstəm üzünü şimala tutub "Dilimə dəymə” şeirində deyirdi:

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə,

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə!

Tarixdən məlumdur ki, Azərbaycan dili və Azərbaycan əlifbası zaman-zaman müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlaya bilmişdir. Hər dili və əlifbanı, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Bu, təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut etmişdir ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə bağlıdır. Bu mənada, nəinki adlı-sanlı dilçi mütəxəssislər, hətta ən sadə peşə adamları da məmnunluqla etiraf edirlər ki, Azərbaycan dilinin hərtərəfli inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Milli Məclisin deputatı, tanınmış dilçi alim, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Heydər Əliyev və Azərbaycan dili məsələlərini şərh edərək bildirir ki, Ulu Öndərin bu sahədə rolu əvəzsizdir. Akademik Ümummilli Lider Heydər Əliyevin "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın əldə etdiyi uğurlar yüksək təqdirə layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində lüğət tərkibini xeyli zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” fikrini xatırladaraq bildirir ki, onun hazırlayıb həyata keçirdiyi dil siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdə ana dilinə böyük əhəmiyyət vermiş, bu dilin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili” dərsliklərinin respublika dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırmışdı.

Zəngin dövlətçilik təcrübəsinə malik, dünya şöhrətli siyasətçi Heydər Əliyev ötən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycana rəhbərlik etməyə başladığı vaxtlardan ana dilimizə və əlifbamıza böyük qayğı göstərmişdir. Rəhbərin şəxsi təşəbbüsü, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsi bunun ən bariz nümunəsidir.

Ulu Öndərin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışı zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilmiş və dövlət statusu almışdır. Dil siyasətinin əsaslarını yaradan Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə istər siyasi-ictimai, istərsə də mədəni aspektdə Azərbaycan dilinin inkişafı üçün bir sıra islahatlar həyata keçirmişdir. Ümummilli Liderin bu sıradan imzaladığı sənədlər arasında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixıli fərmanı da xüsusi yer tutur. Bu tarixi fərmanda Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi və cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, eləcə də bu sahədə həyata keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsinə dövlət qayğısı genişliyi ilə öz əksini tapmışdır.

Ümummilli Lider Azərbaycan dilinin yaddaş kodunun - Azərbaycan əlifbasının əbədiyaşarlığını tarixiləşdirmək və dünya dilçilərinə bəyan etmək üçün 9 avqust 2001-ci il tarixli məlum fərmanına əsasən ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə əlaqədar apardığı islahatlar və imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, azərbaycançılıq ideyasının formalaşması yolunda müstəsna əhəmiyyətə malikdir.

Ulu Öndərin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı bu sahənin inkişafı ilə bağlı mühüm sənədlər imzalamışdır. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün ana dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi neçə il bundan öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etmişdir. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 12 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” məlum sərəncamıdır. Bu sərəncamın nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynamışdır. Proses bu gün də davam etdirilməkdədir. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dilimizin qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur.

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Dövlət başçısı elm adamlarının, şair və yazıçıların təmsil olunduqları yığıncaqlarda, paytaxtda və bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərində həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşılmasını, xüsusi dəyər verilməsini diqqətə çatdırmışdır. Ana dilimizə qayğıdan söz açarkən Prezident demişdir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Bu gün Azərbaycan dilinin inkişafı və qorunması dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan əlifbasına diqqət və qayğı Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun ifadəsinə, azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafına, gənc nəslin ana dilinə qayğı və hörmət ruhunda tərbiyə olunmasına, ədəbi dilin normalarına ciddi əməl edilməsinə, o cümlədən dilçilik elmi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına münbit şərait yaratmışdır.

Rəhman SALMANLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM