27 Iyul 2020 17:12
1374
Elm və texnika
A- A+

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb


İyulun 27-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Fransanın ölkəmizdəki səfiri Zakari Qross ilə görüşüb. Görüşdə ölkələrimiz arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyev Azərbaycan-Fransa əlaqələrinin tarixi mərhələlərindən, siyasi, iqtisadi, mədəni və elmi sahələri əhatə edən əməkdaşlıq münasibətlərindən, eləcə də koronavirus pandemiyası dövründə ölkədəki mövcud karantin rejimi çərçivəsində AMEA-da aparılan elmi-tədqiqat işlərindən söz açıb.

Azərbaycan elminin dünya elminə inteqrasiyasından bəhs edən AMEA rəhbəri akademiyada kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinə üstünlük verildiyini deyib. Bu mənada Fransanın elm və ali təhsil mərkəzləri ilə də fəaliyyətin genişləndirilməsi üçün yüksək potensialın olduğunu qeyd edib.

Səfir Zakari Qross səmimi qəbula və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində xidmətlərə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Fransanın bir sıra elmi istiqamətlərdə etibarlı tərəfdaşlar kimi birgə fəaliyyətinin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb.

Görüşdə AMEA-nın Birinci vitse-prezidentləri, akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, Azərbaycandakı Fransa İnstitutunun direktoru, Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerom Kel və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video